Siyasət

İtaliya səfiri: “Azərbaycan və Ermənistan arasındakı dialoqda müəyyən müsbət nəticələr əldə olunub”

16 Fevral 2018 13:23

“Bəli, bu il İtaliya ATƏT-ə sədrlik edir. Bu il müzakirə olunacaq mövzuların proqramı keçən ilin yanvar ayında İtaliya XİN tərəfindən təqdim olunub”. Bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib. 

Azərbaycan XİN Zaxarovanın fikirlərinə münasibət bildirib

16 Fevral 2018 13:17

"Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI Qurultayında səsləndirdiyi fikirlərlə bağlı açıqlaması tərəfimizdən anlaşılmazlıqla qarşılandı.

Radikallar məğlubiyyətdən qorxduqları üçün seçkiyə qatılmadılar

16 Fevral 2018 13:03

"25 ildir hakimiyyət sevdasında olan radikal müxalifət nədənsə prezident seçkilərinə qatılmadı. Hələ üstəlik seçkini boykot etmək qərarına gəldi. Niyə? Cavabı heç də qəliz deyil. Özlüyümüzdə sual verək görək, axı bu müxalifət, lap ən ağır dildə desəm özünü sudan duru hesab edən Əli Kərimlinin ildə bir-iki dəfə Məhsul stadionunda keçirdiyi iməclikləri nəyə hesablanırdı?! 50-100 nəfərin qarşısında yalan, böhtan danışıqları hakimiyyətə yiyələnmək üçün deyildimi? Hər kəlməsində seçkilərə gedək deyən Kərimli, lap Həsənlisi hansı səbəbə görə 11 aprel seçkisini boykot etdilər?”.

Elşən Musayev: “Ermənistan bütün dünyadan təcrid olunub”

16 Fevral 2018 12:44

“Ermənistan Azərbaycan torpaqlarını işğal edən gündən özünü (siyasi, iqtisadi) blokada da qoyub. Ermənistan düşünürdü ki, Rusiya onun arxasında sonadək dayanacaq amma görünən o oldu ki, bu belə olmadı. Hətta Ermənistanın bəzi lobbiçiləri olan dövlətlər də kənara çəkildilər”. Bunu  millət vəkili Elşən Musayev deyib.

Deputat: "Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatının inkişafı üçün ən etibarlı mənbələrdən biridir"

16 Fevral 2018 12:38

"Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan iqtisadiyyatının inkişafı üçün ən etibarlı və dayanıqlı mənbələrdən biridir". Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat bildirib ki, bu layihə həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.

Hollandiya uydurma “erməni soyqırımı”nı tanımağa hazırlaşır

16 Fevral 2018 12:30

Hollandiya parlamenti 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələri "erməni soyqırımı" kimi tanımağa hazırlaşır. Koalisiya hökumətinin ortağı olan Xristian Birliyi Partiyası (CU) tərəfindən gündəmə gətirilən bu təklif digər 3 hökumət partiyası tərəfindən də dəstəklənir. CU millət vəkili Joel Voordevind Hollandiyanın NOS telekanalına açıqlamasında parlament çoxluğunun eyni mövqedə olduğunu açıqlayıb. Parlament hökumətə aprelin 24-də İrəvanda keçiriləcək "soyqırımı anma mərasimi"nə ilk dəfə nazir səviyyəsində təmsilçi göndərməyi də təklif edəcək.

Yeni Azərbaycan Partiyası imzatoplama kampaniyasına start verdi

16 Fevral 2018 12:19

Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına start verilib.

Xankəndində konsret verən musiqiçilər peşman oldular

16 Fevral 2018 12:12

İşğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanun səfər edən Rusiyanın "Sülh naminə musiqi” layihəsinin üzvləri Azərbaycandan üzr istəyib. Onlar Qarabağa qanunsuz getdiklərinə görə peşman olduqlarını deyərək, adlarının Azərbaycan XİN-in "qara siyahı”sından çıxarılmasını xahiş ediblər.

Avropa İttifaqından seçki açıqlaması

16 Fevral 2018 12:03

Azərbaycan Avropa İttifaqına prezident seçkilərini izləmək üçün dəvət göndərib. “Olaylar”ın məlumatına görə, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.“Seçki ölkənin həyatında vacib hadisədir. Avropa İttifaqı ilə Azərbaycan arasında Əməkdaşlıq Şurasının 1 həftə əvvəl Brüsseldə 5-ci iclası oldu.

Virtual müxalifətin veteran “troykası”

16 Fevral 2018 11:56

Müxalifət liderləri namizədliklərini irəli sürüb xalqın içinə çıxıb görüşlər, söhbətlər aparmaq əvəzinə günlərini “virtual çayxana”da qeybət etməklə və hakimiyyətə, o cümlədən onu dəstəkləyən xalqa təhqir yağdırmaqla keçirirlər...

“Vaşinqton Türkiyəni itirməkdə olduğunun fərqində deyil”

16 Fevral 2018 11:43

“Vaşinqton Türkiyəni itirməkdə olduğunun fərqində deyil”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib: “Deməli ABŞ müdafiə naziri Mettis türkiyəli həmkarı ilə görüşdə deyib ki, gəlin PKK ilə PYD-ni bir-biri ilə savaşdıraq.

Düşmən 123 dəfə atəşkəsi pozub

16 Fevral 2018 11:41

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 123 dəfə pozub.

Leyla Yunusdan Azərbaycana qarşı növbəti təxribat

16 Fevral 2018 11:38

“Leyla Yunus və onun ətrafında olanlar hazırda Avropa İttifaqı strukturlarında iki istiqamətdə intensiv fəaliyyət aparır. Bunun biri sərhədboyu rayonlardan olan xainlərin işidir”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov çıxış edib. O, bildirib ki, Leyla Yunusda bu şəxslər haqqında tam təfsilatlı məlumat var: “ Şəkilləri, bioqrafiyaları, ailə üzvləri və hətta ailə üzvlərinə məlum olmayan məlumatlar.

“Yaxşı olardı ki, o, psixiatriya klinikasında...” - Prezident köməkçisindən Nevzorova sərt cavab

16 Fevral 2018 11:21

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov rusiyalı telejurnalist Aleksandr Nevzorovun ölkə başçısı İlham Əliyevlə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.