Siyasət
Prezident İlham Əliyev Liviya rəhbərini təbrik edib
Prezident İlham Əliyev Liviya Milli Barışıq Hökumətinin başçısı Faiz Mustafa Al-Sərraca təbrik nəktubu göndərib.
Siyasi partiyaların seçkidən imtina etmələri anlaşılmır
“Hakimiyyət partiyası seçkidə iştiraka hər zaman hazır olur. Bu seçkilərin də vaxtı açıqlanan kimi YAP hərəkətə keçdi və namizədini müəyyən edərəkilkin prosedurları operativ yerinə yetirdi. Müxalifət daxilində isə bu seçkilərə birmənalı münasibət yoxdur”.
“İsral parlamenti Ermənistanı istəyinə çatdırmadı”
İsrail parlamenti qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsini ilkin səsvermədə rədd edib. İsrailin xarici işlər nazirinin müavini Tsipi Xotoveli bildirib ki, məsələ ciddi siyasi xarakter daşıyır, hətta diplomatik fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən İsrail qondarma "erməni soyqırımı" məsələsi ilə bağlı rəsmi mövqe tutmayacaq.
Sabiq müsavatçıdan ağır ittihamlar
Bu günlərdə İsveçrədə yaşayan sabiq müsavatçı və jurnalist Elbəyi Həsənli Müsavat rəhbərliyi haqqında növbəti dəfə tənqidi fikirlər səsləndirib. Hazırkı Müsavat başqanı Aarif Hacılı və İsa Qəmbəri "siyasi kor"lar adlandıran E.Həsənli deyib ki, bu iki şəxsin məqsədi partiyanı məhv etmək idi, bunu da yaxşı bacardılar.
Politoloq: “Biz bu il üçün vaxt qazanmış olacağıq”
“2018-ci il regionumuzda çox əhəmiyyətli və vacib il olduğu üçün maksimum şəkildə siyasi və iqtisadi stabilliyi qorumalıyıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı siyasi qərarın veriləcəyi gözlənilməsə də qazanılmış mövqeləri əldən verməmək lazımdır”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
"Petisiya başladanlar ortada istifadə olunub, atılan şəxslərdir" - Elçin Mirzəbəyli
“Öz ölkəsinə qarşı düşmən mövqedən çıxış edərək, Ermənistanın maraqlarına xidmət edən qarayaxma kampaniyası yürüdən cılız, ucuz, mənəviyyatsız şəxslərin əsassız və gülünc müraciətləri heç bir nəticə verməz”.
Qarabağ münaqişəsində dinamikliyi artırmaq üçün
Son illər Azərbaycanın beynəlxalq münasibətlər sistemində atmış olduğu məqsədyönlü və uğurlu addımları rəsmi Bakının beynəlxalq səviyyədə bütün parametrlər üzrə mövqelərini gücləndirib, qarşılıqlı faydalı əməkdaşlıq mühiti yaradıb. Diqqət çəkən məqan ondan ibarətdir ki, Azərbaycanla yanaşı qarşı tərəflər də regionda Bakı ilə əməkdaşlığa xüsusi önəm verir, onu regionda özünün əsas müttəfiqi, strateji tərəfdaşı hesab edir.
AŞPA-nın yaz sessiyası apreldə olacaq
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının vaxtı müəyyənləşib. Məlumata görə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası apreldə keçiriləcək. Sessiyada Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti də iştirak edəcək.
Elmar Məmmədyarov ATƏT sədri ilə görüşəcək
“Azərbaycan və İtaliya arasında sıx siyasi əməkdaşlıq var”. Məlumata görə, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.Səfirin sözlərinə görə, 2020-ci ildə Azərbaycan qazının İtaliyaya çatdırılması bu əlaqəni daha da genişləndirəcək.Səfir bildirib ki, bu gün Münhendə başlayacaq 54-cü təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan və İtaliya xarici işlər nazirləri Elmar Məmmədyarov və Ancelino Alfano arasında görüş keçiriləcək. Qeyd edək ki, İtaliya hazırda ATƏT-ə sədrlik edir.
Birlik və bərabərliyimizi pozmağa çalışırlar
Son illər beynəlxalq və regional münasibətlər sistemində müşahidə edilən müsbət tendensiyalardan biri də türkdilli ölkə və qurumlar, topluluqlar arasında birlik və bərabərliyin daha da inkişaf etdirilməsinə yönəlik fəaliyyətlərin intensivləşməsidir. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan və Türkiyənin başlamış olduğu bu prosesə artıq digər türkdilli ölkə və qurumlar, topluluqlar da qoşulmaqdadır. Ən təqdir edilən məqam isə ondan ibarətdir ki, türkdilli ölkələr, topluluqlar arasında əməkdaşlıq bir sahə ilə mədudlaşmır. İstər siyasi, istər iqtisadi, istərsə də mədəni və humanitar sahələrdə bu əməkdaşlıqlar gündən-günə inkişaf edir, yeni bir mərhələyə qədəm qoyur.
Azərbaycan seçkilərə dayanıqlı və davamlı ictimai-siyasi sabitliyin fonunda gedir
Seçki ərəfəsində olan Azərbaycanda müsbət qeyd edilməli məqamlardan biri də ondan ibarətdir ki, ölkə bu seçkilərə ictimai-siyasi sabitlik fonunda gedir. Digər dövlətlər, yaxın və uzaq ölkələr, elə Gürcüstan və Ermənistandan belə fərqli olaraq kriminogen olaylarla getmir. Bu hal Azərbaycan cəmiyyəti tərəfindən də müsbət qarşılanır. Millət vəkili Naqif Həmzəyev də deyir ki, Azərbaycan bu seçkilərə dayanıqlı və davamlı ictimai-siyasi sabitliyin fonunda gedir.
Məhəmməd Əmin Rəsulzadə və onun Azərbaycan Cümhuriyyəti əsəri
Bu dövlət qurumuna 6 şöbə müdiri təyin edildi
Ermənistanla sərhəd bölgədə: “Belə getsə kəndlər boş qalacaq...”
Azərbaycanın Ermənistanla həmsərhəd Şınıx bölgəsinin kəndlərinin getdikcə ağırlaşan yanacaq, qazsızlıq problemi sakinləri kömək üçün bu yaxınlarda hətta müdafiə naziri, general-polkovnik Zakir Həsənova da müraciət etməyə vadar edib.














