Siyasət

Qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşı olmayıb - XİN

18 Fevral 2018 14:59

İranda baş vermiş təyyarə qəzasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Politoloq: “Beynəlxalq aləm Suriya probleminin əlində aciz qalıb”

17 Fevral 2018 19:26

“Münhen Təhlükəsizlik Konfransı işə başladı. Dünya iqtisadiyyatı üçün Davos İqtisadi Forumu nədirsə, dünya təhlükəsizliyinin bütün aspektlərinin müzakirə müstəvisi baxımından Münhen Konfransı da odur”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

Lavrov: "Avropa ölkələri enerji daşıyıcılarının tədarükü ilə bağlı mövqelərini özləri müəyyən etməlidir"

17 Fevral 2018 19:21

"Avropa ölkələri enerji daşıyıcılarının tədarükü ilə bağlı mövqelərini özləri müəyyən etməlidir". Məlumata görə, belə bir bəyanatla Münhen təhlükəsizlik konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.

Prezident seçkilərini müşahidə etmək üçün MSK-ya 6 müraciət daxil olub

17 Fevral 2018 19:19

"Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasına 6 müraciət daxil olub". Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. 

MSK daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib

17 Fevral 2018 19:17

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) daha yeddi nəfərin Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxıb.

ABŞ kəşfiyyatının Qarabağla bağlı məxfi məktubu aşkarlandı

17 Fevral 2018 17:14

Qarabağla bağlı məxfi məktubu aşkarlandı… Rusiyanın ermənipərəst “regnum” agentliyində Ermənistanda keçiriləcək seçkilərə həsr olunmuş məqalə yayımlanıb. Qarib Babayanın imzası ilə yayılan məqalədə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki ermənilərin seçkilərə təsirinə də toxunulur.

Qaradağlı faciəsindən 26 il ötür

17 Fevral 2018 09:22

Qaradağlı faciəsinin ildöünümür. Faciədən 26 il ötür. Azərbaycan Respublikası, Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, erməni işğalçıları dinc əhaliyə qarşı soyqırımı həyata keçirib. 26 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, Azərbaycan türklərinə bəslədikləri nifrətin nəticəsi idi.

Naxçıvan ordusunac son model zirehli texnika verilib

17 Fevral 2018 09:21

Müasir BTR-82A zirehli transportyorları Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına daxil edilib. Güclü silahı, zirehli müdafiəsi və yüksək manevr qabiliyyəti olan BTR-82A zirehli transportyoru döyüş meydanında piyadaların hərəkət imkanlarını və mobilliyini artırmaq, döyüş fəaliyyətlərini atəşlə təmin etmək, düşmənin müxtəlif silah sistemlərinə qarşı effektiv mübarizə aparmaq, canlı qüvvəsini və hava hədəflərini məhv etmək, ekipajın atıcı silahlardan, mina və mərmi qəlpələrindən, kütləvi qırğın silahlarından qorunması məqsədilə təyin olunub.

İcbari tibbi sığorta pilot layihə olaraq Ağdaş rayonunda da tətbiq olunacaq

16 Fevral 2018 18:20

Prezident İlham Əliyev icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin genişləndirilməsi və “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Ağdam, Laçın, Füzuli və Tərtərdə modul tipli 8 məktəb quraşdırılacaq - SİYAHI

16 Fevral 2018 18:12

Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.