Siyasət
Hərbi Hava Qüvvələrinin 26-cı ildönümü qeyd edilib
Hərbi Hava Qüvvələrinin “N” nömrəli hərbi hissəsinin 26-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından şəxsi heyəti əlamətdar gün münasibəti ilə təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıb.
Demokratik İslahatlar Partiyası seçki qərarını açıqladı
Demokratik İslahatlar Partiyası prezident seçkilərində iştirakla bağlı qərarını açıqlayıb. DİP-dən “Olaylar”a verilən məlumata görə, partiyasının Siyasi Şurası 2018-ci il aprelin 11-nə təyin olunmuş Azərbaycan Respublikası Prezidenti seçkiləri və partiyanın seçkidə iştirak forması ilə bağlı məsələləri müzakirə edərək müvafiq qərar qəbul edib. Qərarda qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti növbədənkənar prezident seçkilərini elan edə bilər.
Prezident: "Avropa İttifaqı ilə yeni saziş əməkdaşlıq üçün yeni format yaradacaq"
“Bakı-Tbilisi-Qars” dəmiryolu xətti Avropa ilə Asiya arasında ən qısa marşrutdur”. Bunu Azәrbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında çıxışında deyib.
İlham Əliyev: "Cənub Qaz Dəhlizi” layihəsinin icrası şirkətlərin işə sadiqliyi nəticəsində mümkün olur”
"Cənub Qaz Dəhlizi” layihəsinin icrası şirkətlərin işə sadiqliyi nəticəsində mümkün olur”. Bunu Azәrbaycan prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında çıxışı zamanı deyib.
Radikal düşərgə seçkilərdən niyə imtina etdi?
Azərbaycan mühüm siyasi hadisə, prezident seçkiləri ərəfəsindədir. Belə ki, aprelin 11-də ölkədə növbəti dəfə prezident seçkiləri keçiriləcək. Bu seçkilərin Konstitusiyaya edilən əlavə və dəyişikliklərdən sonra bir ilk olduğunu nəzərə aldıqda seçki mübarizəsinə daha çox namizədin qoşulacağı ehtimalı ortaya çıxırdı. Ancaq müşahidə etdiyimiz mənzərə bir qədər fərqli situasiyanı ortaya qoyur. Belə ki, seçki dövrünə az bir müddət qalmasına baxmayaraq hələlik o qədər də çox sayda şəxs öz iddiasını ortaya qoymayıb. Xüsusilə, bu hal müxalifət düşərgəsində müşahidə edilməkdədir. 1993-cü ildən hakimiyyət uğrunda mübarizə üçün çalışan müxalifət, daha dəqiq desək onun radikal qanadı nədənsə prezident seçkilərinə qatılmaqdan imtina edib.
"Bu özlərini donorların yadına salmaq istəyən insanların yaratdığı petisiyadır" - ŞƏRH
Xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən ipetition.com saytında Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiya yaradılıb. Petisiyanın müəllifi Hollandiyada yaşayan Ataxan Əbilov, Almaniyada yaşayan “Dünya Azərbaycanlıları Məclisi”nin sədri Rövşən Qəmbər və hüquqşünas Qurban Məmmədlidir.
İlham Əliyev Donald Trampa məktub göndərib
Prezident İlham Əliyev ABŞ prezidenti Donald Trampa başsağlığı məktubu göndərib. Məlumata görə, məktubda deyilir: "Hörmətli cənab Prezident!
Allahşükür Paşazadə Xocalı soyqırımı ilə bağlı dünya dini liderlərinə, beynəlxalq təşkilatlara müraciət edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Xocalı soyqırımı ilə bağlı dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edib.
Baş Prokurorluq 2002-ci ildən keçirilən referendum və seçkilərlə bağlı şikayətlərin statistikasını açıqlayıb
"Azərbaycanda keçirilən prezident seçkilərində prokurorluq orqanlarının vəzifələri əsasən daxil olmuş şikayətlər və müraciətlərə baxılması ilə bağlıdır. 2002-2009-cu illər referendumlarında referendum iştirakçılarının hüquqlarının pozulması ilə bağlı prokurorluq orqanlarına müraciətlər daxil olmayıb". Məlumata görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə “Seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rol və vəzifələri” mövzusunda çıxış edən baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.
Erməni diversantlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilə bilər - KOMİSSİYA
"Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovluğundan azad edilməsi üçün bir neçə beynəlxalq təşkilata müraciət etmişik. Bu məsələ ilə bağlı tərəfimizdən iş aparılır". Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib. Bu istiqamətdə işlərin davam etdirildiyini söyləyən İ. Axundov qeyd edib ki, Azərbaycanda saxlanılan erməni diversantların dəyişdirilməsi məsələsinə baxıla bilər.
Demokratiya dövrünün NKVD-si
“Sənət adamlarının siyasi seçimi ətrafında müxalif camiyədən qaldırılan səs-küy NKVD irsinin əbədiyaşar mahiyyətini üzə çıxardı.Sən demə, o vaxtlar repressiya olunanların balaları indi böyük şövq və həvəslə başqalarını linç etməyə hazırdılar. Axı sovet genləri hələ yaşayır”.
Ölkəmizə qarşı növbəti qara piar: Azərbaycanı qoyub qaçmış bir qrup insan...
Xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən www.ipetition.com saytında Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiya yaradılıb. Petisiyanın müəllifi Hollandiyada yaşayan Ataxan Əbilov, Almaniyada yaşayan “Dünya Azərbaycanlıları Məclisi”nin sədri Rövşən Qəmbər və hüquqşünas Qurban Məmmədlidir.
Azərbaycanda 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb
Azərbaycanda prezident seçkilərində iştirak üçün 13 nəfər namizədliklərini irəli sürüb. Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
MSK sədri: "Seçkilərə qərəzli münasibət göstərənlərə qarşı ən yaxşı mübarizə yolu seçkilərin şəffaf keçirilməsidir"
Seçkilərə qərəzli münasibət göstərənlərə qarşı ən yaxşı mübarizə yolu seçkilərin şəffaf keçirilməsidir. Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.
Şəffaf, demokratik seçki kampaniyasının aparılmasına heç kim mane ola bilməz
"Sosial, dini, milli, irqi ayrı-seçkiliklə bağlı çağırışların qarşısının alınması üçün müvafiq planımız var". Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə “Azərbaycan Respublikası prezidentinin seçkilərində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri” mövzusunda çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov bildirib.














