Partiya sədri prezidentliyə namizədliyini geri götürdü
10 Mart 2018 08:35 SiyasətAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev prezidentliyə namizədliyini geri götürüb.
Bu barədə Qaynarinfo-ya partiyanın mətbuat xidmətindən bildirilib.
Məlumatda görə, qərar partiyanın Rəyasət Heyətinin iclasında qəbul olunub. Qərara əsasən, ALDP növbədənkənar prezident seçkilərində Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun namizədliyini dəstəkləyəcək.
Qeyd edək ki, ALDP sədri Fuad Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi MSK tərəfindən təsdiqlənmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31