Siyasət

Razılaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq

15 Fevral 2018 13:01

"Bu gün Azərbaycan ən sabit, təhlükəsiz ölkələrdən biridir". Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə “Azərbaycan Respublikası prezidentinin seçkilərində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri” mövzusunda çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov deyib. 

Prezident Gürcüstan iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb

15 Fevral 2018 12:59

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşüb. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Azərbaycan prezidenti İtaliya iqtisadi inkişaf nazirinin müavini ilə görüşüb

15 Fevral 2018 12:57

Azərbaycan prezidenti İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Skalfarotto ilə görüşü olub.  Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

"Erməni əsirliyində: işgəncə və qətl antologiyası" kitabının təqdimat mərasimi keçirilib 

15 Fevral 2018 12:54

Bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən Azərbaycan və ingilis dillərində nəşr edilmiş "Erməni əsirliyində: işgəncə və qətl antologiyası" adlı kitabın təqdimat mərasimi keçirilib.  Əvvəlcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı şəhid olmuş soydaşlarımızın ruhu 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov kitabın Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-leytenant Mədət Quliyevin nəzarəti ilə tərtib edildiyini diqqətə çatdırıb.

Elmar Məmmədyarov Almaniyaya gedir

15 Fevral 2018 12:48

Xarici işlər naziri Elmar Məmmədyarov 16-17 fevral tarixlərində Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya işgüzar səfər edəcək. XİN-in mətbuat xidmətindən “Olaylar”a verilən xəbərə görə, orada nazirin Münhen Təhlükəsizlik Konfransında çıxışı və bir sıra ikitərəfli görüşlər nəzərdə tutulub.

Ombudsman: "Azərbaycanda seçicilərin azad şəkildə səs verməsi üçün ildən-ilə daha yaxşı şərait yaradılır"

15 Fevral 2018 12:45

Azərbaycanda Seçki Məcəlləsi ildən-ilə təkmilləşir və seçicilərin azad şəkildə səs verməsi üçün daha yaxşı şərait yaradılır. Məlumata görə, bunu ombudsman Elmira Süleymanova dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

Azər Cəfərov: "Azərbaycanda məhkumların seçki hüquqlarının təmini ilə bağlı çox mütərəqqi qanunvericilik mövcuddur"

15 Fevral 2018 12:43

"Azərbaycanda penitensiar müəssisələrdə insanların səsvermə hüququnun təmin olunması ilə bağlı ədliyyə orqanlarının üzərinə mühüm vəzifə düşür". Məlumatına görə, bunu ədliyyə nazirinin müavini Azər Cəfərov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib. A.Cəfərov bildirib ki, Azərbaycanda istintaq təcridxanalarında, həbsxanalarda saxlanılan məhkumların seçki hüquqlarının təmin olunması ilə bağlı çox mütərəqqi qanunvericilik bazası mövcuddur. 

Rüstəm Usubov: Seçki qanunvericiliyini pozanlar cəzalandırılacaq

15 Fevral 2018 12:39

Azərbaycanda beynəlxalq standartlara cavab verən hüquqi sistem yaradılıb və şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün bütün zəruri əsaslar mövcuddur. Məlumata görə, bunu Baş prokurorun birinci müavini Rüstəm Usubov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib. R.Usubovun sözlərinə görə, Azərbaycanda ictimai siyasi sabitlik və demokratik seçki qanunvericiliyi tam əminliklə deməyə əsas verir ki, qarşıdakı prezident seçkiləri də əvvəlki seçkilər kimi xalqın aktiv iştirakı və qanun çərçivəsində keçiriləcək.

Azərbaycan prezidenti: "Tezliklə “Şahdəniz-2” qazının borulara ötürülməsinə başlanılacaq"

15 Fevral 2018 12:12

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb. Məlumata görə, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycanın və Türkiyənin TANAP, TAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi irimiqyaslı layihələri birlikdə uğurla həyata keçirdikləri qeyd olunub.

Prezidentin köməkçisi: "Seçkiləri elə səviyyədə keçirməliyik ki, beynəlxalq aləmdə yüksək qiymətləndirilsin"

15 Fevral 2018 11:57

"Biz yerlərdə monitorinqlər keçiririk. Yerli icra hakimiyyəti orqanlarına tapşırıqlar verilib ki, təbliğat-təşviqat tədbirlərinin keçirilməsi üçün yerləri müəyyən etsinlər və siyahıları mətbuatda dərc etsinlər".

MSK sədri: "Bizi istəməyənlərə də ölkəmizdə seçkilərin yüksək səviyyədə keçirildiyini qəbul etdirməliyik"

15 Fevral 2018 11:48

"Seçkilərin demokratik, şəffaf keçirilməsi üçün əsas şərt ictimai-siyasi sabitlikdir. Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur". Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə çıxış edən MSK sədri Məzahir Pənahov deyib.

Azərbaycan prezidenti Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb

15 Fevral 2018 11:43

Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç ilə görüşüb. Məlumata görə, görüşdə prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında iştirakına və tədbirdə dediyi xoş sözlərə görə Maroş Şefçoviçə minnətdarlığını bildirib. 

Ermənilər 127 dəfə atəşkəs rejimini pozub

15 Fevral 2018 11:38

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 127 dəfə pozub.

İsrail hökuməti erməni lobbisinə fürsət vermədi

15 Fevral 2018 11:34

İsrail parlamenti fevralın 14-də növbəti dəfə  “erməni soyqırımı” haqqında qanun layihəsini 41 səs “xeyr” və 28 səs “hə” ilə rədd edib. Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, qanun layihəsini bu dəfə “Eş Atid” partiyası irəli sürüb. Hansı ki, həmin partiyanın parlamentdə cəmi 11 deputatı var: “Partiyanın lideri “erməni soyqırımı” qanun layihəsinə səsverməyə çağırarkən erməni lobbisinin müxtəlif yerlərdə istifadə etdiyi və səsləndiriyi tezisi təkrarlayıb: “Adolf Hitler yəhudilərin qətliamına qərar verərkən demişdi ki, ermənilərin soyqırmını heç kim xatırlamır”.