Siyasət

İlham Əliyev: “Cәnub Qaz Dәhlizi bizim ölkә üçün bir çox mәnfәәtlәrә yol açıb”

15 Fevral 2018 11:15

“Cәnub Qaz Dәhlizi bizim ölkә üçün bir çox mәnfәәtlәrә yol açıb”. Bunu Azәrbaycan Prezidentiİlham Əliyev bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında çıxışı zamanı deyib.

Fransa mətbuatı Xocalı soyqırımından yazdı

15 Fevral 2018 09:04

Fransanın www.atlantico.fr portalında “Dağlıq Qarabağ: 26 il sonra Xocalı kütləvi qırğını ilə bağlı qulaqbatırıcı sükut” adlı məqalə dərc olunub. Məqalədə 26 il əvvəl - 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı qüvvələrinin 366-cı rus hərbi alayı ilə birlikdə 63-ü uşaq, 107-si qadın olmaqla 613 Azərbaycanlını qətlə yetirdiyi bildirilir. Fransa, eləcə də Avropa və dünya siyasətçilərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olan Xocalı soyqırımı ilə bağlı mövqelərini açıq və qəti şəkildə bəyan etdikləri qeyd olunub.

Prezident Cocuq Mərcanlı ilə bağlı yeni sərəncam imzaladı

14 Fevral 2018 18:49

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Bu qərar Azərbaycana qarşı böhtan kampaniyası aparanlara bir cavabdır"

14 Fevral 2018 18:37

"Milan məhkəməsinin Avropanın tanınmış siyasətçilərindən olan Luka Volonte barədə bəraət qərarı verməsi birmənalı olaraq Azərbaycana qarşı "qara piar" və təzyiq kampaniyası aparmağa çalışan anti-Azərbaycan dairələrin, ermənipərəst mərkəzlərin fəaliyyətlərini ifşa etdi. Bu həm də beynəlxalq miqyasda ölkəmizin haqlı mövqeyini müdafiə edən Luka Volonteni təqsirləndirənlərin məhz Azərbaycana qarşı əsassız iddialar irəli sürdüyünü, faktiki olaraq şər və böhtan kampaniyası apardığını bir daha sübuta yetirdi". Bu sözləri millət vəkili Sahibə Qafarova deyib.

Qoca qitədən  idarə olunan antiAzərbaycan şəbəkəyə Avropanın özündən tərs sillə

14 Fevral 2018 18:34

Azərbaycana qarşı planlı şəkildə atılan çamur, şər, böhtan bumeranq effekti verərək elə ayrı-ayrı ölkələrdə, xaricdə formalaşmış  antiAzərbaycan şəbəkənin özünə doğru çevrilir, istiqamət alır. Çünki həmin fəaliyyətlər, kampaniya heç bir məntiqə sığmır, əsassız, qərəz məqsədi daşıyır. Necə ki, bir müddət əvvəl gündəmə gələn Luka Volonte “qalmaqalı” kimi. Belə ki, 2017-ci ilin ortalarında anti-Azərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi ilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adlı qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurum vasitəsilə belə bir iddia ortaya atıldı ki, guya Avropa Şurası Parlament Assambleyasının Avropa Xalq Partiyasının deputatlar qrupunun sədri Luka Volonte, eləcə də müəyyən avropalı parlamentarilər Azərbaycandan külli miqdarda rüşvət alıb. Özü də nə az-nə çox 2 milyon 640 min dollar. Azərbaycan tərəfinin Volonteyə verdiyi “rüşvətin” qarşılığlnda isə Avropa Xalq Partiyasının deputat qrupunun sədri Avropa Şurası Parlament Assambleyasında siyasi məhbuslar üzrə Strasserin məruzəsinin qəbul edilməməsinə çalışıb.

Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib

14 Fevral 2018 18:32

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandr Vuçiçə təbrik məktubu göndərib.

Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi ilə görüşüb

14 Fevral 2018 18:14

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 14-də Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.  Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim etdi.

Piter Teys: "Azərbaycanı regionun digər ölkələrinə nümunə gətirmək olar"

14 Fevral 2018 18:10

Azərbaycanda prezident seçkiləri sözsüz ki, vacib hadisədir və onun məqsədi sabitliyin və irəliləyişin təmin olunması, eləcə də ölkə vətəndaşlarının rifahının qorunmasıdır. Bunu ABŞ-ın Markett Universitetinin beynəlxalq əlaqələr üzrə eksperti, politoloq Piter Teys deyib.

İtaliya erməni lobbisinin Bakı siyasətini dəfn etdi - Faktlar

14 Fevral 2018 17:42

Milan Məhkəməsi Luka Volonteyə qarşı iddiaların saxta olduğu haqda qərar verdi və anti-Azərbaycan şəbəkəsinin növbəti planı baş tutmadı.

MSK sədri: "Bütün seçki prosesi onlayn şəkildə insanlara çatdırılacaq"

14 Fevral 2018 17:39

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrini imzatoplama vaxtı diqqətli olmağa çağırıb. Məlumata görə, M.Pənahov bildirib ki, imza toplamaq üçün bütün namizədlərə bərabər şərait yaradılıb: “Namizədliyin qeydə alınması üçün imzalar düzgün olmalıdır.