Siyasət

Məzahir Pənahov: "Beynəlxaq qurumları, diplomatik nümayəndələri maraqlandıran hansısa məsələlər varsa..."

14 Fevral 2018 17:37

Seçki Məcəlləsində irəli sürülən tələblərə maksimum əməl edilməsi tələbi dairə seçki komissiyalarının qarşısında əsas vəzifə kimi qoyulur. Ona görə də Mərkəzi Seçki Komissiyası (MSK) məsələni diqqətdə saxlamalıdır.

Daha bir beynəlxalq təşkilat Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

14 Fevral 2018 17:31

GUAM Azərbaycanda bu il aprelin 11-də keçiriləcək prezident seçkilərinə müşahidə missiyası göndərəcək. GUAM-dan  bildirilib ki, təşkilat seçkilərdə iştirak etmək üçün Azərbaycan tərəfindən dəvət alıb. Məlumatda bildirilir ki, GUAM müşahidə missiyası prezident seçkilərində monitorinq həyata keçirəcək. Missiyaya kimin rəhbərlik edəcəyi və tərkibi hələlik müəyyənləşməyib.

MSK YAP-ın səlahiyyətli nümayəndələrini qeydə alıb

14 Fevral 2018 16:30

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Məlumata görə, Əli Əhmədov, Mübariz Qurbanlı və Siyavuş Novruzov YAP-ın seçkilərdə səlahiyyətli nümayəndələri təsdiq olunub. Digər prezidentliyə namizədlərin də səlahiyyətli nümayəndələri səsə qoyularaq təsdiq edilib.

XİN: "Ermənistan nəhayət, başa düşməlidir ki, Azərbaycan ərazisinin hərbi işğalı münaqişənin həlli deyil"

14 Fevral 2018 16:26

Ermənistan nəhayət, başa düşməlidir ki, Azərbaycan ərazisinin hərbi işğalı münaqişənin həlli deyil və heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcəkdir. Bunu Azərbaycan ərazilərinin işğalı və Ermənistanın təcavüzkar separatizminin davamı etməsi ilə bağlı XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev şərhində deyib.

MSK İlham Əliyevin namizədliyi təsdiqlədi

14 Fevral 2018 16:22

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri, Prezidentİlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsi müzakirə olunub. 

Azərbaycan üçün mübarizə imitasiyası yaradan milli xainlərimiz

14 Fevral 2018 16:15

Dünyanın siyasi tarixinə nəzər salsaq geridə qoyduğumuz yüzillikdə bu gün nüfuzlu ölkələr statusunda qərarlaşan dövlətlərin insanlıq adına müsbət məqamlarla yadda qalması hallarına təsadüfən rast gəlmək mümkündür. İstər Almaniya , istər Fransa, istərsə dəBelçika kimi dövlətlərin uzaq keçmişi heç də qürurverici olmayıb. Tarixən insan hüquq və azadlıqlarının pozulması kimi mənfi tendensiyalar məhz bu kimi Avropa ölkələrində qeydə alınıb.

Azərbaycanın Qarabağ problemi ilə bağlı prinsipial mövqeyi dəyişməzdir

14 Fevral 2018 16:02

“Azərbaycan dövlətinin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmasıdır”. “OLAYLAR” yap.org.az-a istinadən xəbər verir ki, bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, millət vəkili Sevinc Fətəliyeva səsləndiriib.

Prezidentliyə namizədin xaricdən dəstək axtarışı

14 Fevral 2018 15:45

Prezident seçkiləri yaxınlaşdıqca ölkədə siyasi hərəkətlilik də artır. Müxalifətin radikal düşərgəsini çıxmaq şərti ilə əksər siyasi partiyalar demək olar ki, seçki hazırlığındadır. Hakim Yeni Azərbaycan Partiyasından tutmuş müxalif siyasi qüvvələrə qədər. Artıq hakim Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevlə yanaşı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Partiyasının sədri Fuad Əliyev, AXCP sədri Razi Nurullayev, VİP sədri Əli Əliyev 11 aprel prezident seçkilərində iştirak edəcək namizəd kimi göstərilir. Eyni zamanda heç bir partiya mənsubiyyəti olmayan  millət vəkili Zahid Oruc da öz iddiasına ortaya qoyaraq seçkilərdə ölkənin bir nömrəli postu uğrunda mübarizə aparmaq niyyətini açıqlayıb. 

ATƏT PA-nın qış sessiyası Vyanada keçiriləcək

14 Fevral 2018 15:04

Fevralın 22-23-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyası keçiriləcək. “Olaylar” xəbər verir ki, sessiyadakı müzakirə və təqdimatlarda əsas mövzular iqlim dəyişiklikləri və onun nəticələrinə qarşı mübarizədə uzunmüddətli strategiyaların işlənib hazırlanması, “saxta xəbərlər” (“fake news”) zəmanəsində demokratiyanın mühafizə edilməsi, silahlara nəzarət, onların ləğvi və yayılmaması, miqrasiya, terrorizmə qarşı mübarizəyə həsr olunacaq. ATƏT PA-nın prezidenti Georgi Sereteli, ATƏT-in baş katibi Tomas Qreminqer, ATƏT-in fəaliyyətdə olan sədri İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə dövlət müşaviri Vinçenzo Amendola sessiyanın açılış iclasında çıxış edəcəklər.

Yaqub Mahmudov: “İrəvan xanlığı” türk və alman dillərində də çap olunacaq”

14 Fevral 2018 15:03

Martın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Tarix İnstitutundan “Olaylar”a verilən məlumata görə, bu barədə qərar institutun Elmi Şurasının iclasında qəbul olunub. İclasda qonaq qismində Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi iştirak edib.

Nazir: “XİN rəhbərlərinin görüşü ilə bağlı heç bir plan yoxdur”

14 Fevral 2018 15:02

"Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində XİN rəhbərlərinin üçtərəfli formatda görüş keçirməsi ilə bağlı heç bir plan yoxdur”. “Olaylar” xəbər verir ki, bunu Ria-Novosti agentliyinə müsahibəsində Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib. Nazir qeyd edib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin üçtərəfli formatda görüş keçirməsi ilə bağlı heç bir plan yoxdur.

Əli Həsənov: "Azərbaycana qarşı qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları ilə bağlı hüquqi prosedurlara başlamaq niyyətindəyik"

14 Fevral 2018 14:26

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanla korrupsiya əlqələrində ittiham olunan, AŞ PA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə İtaliyanın Milan məhkəməsinin bəraət qərarını şərh edib.

Vaxtdır cənablar, getmək vaxtıdır... - ANALİZ

14 Fevral 2018 14:14

Müxalifətin heç bir seçkidə ortaya güc qoya bilməməsinin səbəbləri hamıya aydındır. Belə hallarda onların köməyinə son çarə olaraq boykot taktikası gəlir. Hansı ki, bu “taktikadan” son 25 ildə çox istifadə etsələr də heç bir nəticə əldə olunmayıb. Buna baxmayaraq, radikal müxalifətin liderləri “çevir tatı, vur tatı” taktikasından əl çəkə bilmirlər.