Siyasət

Şeyx müsəlmanları İlham Əliyevə səs verməyə çağırdı

14 Fevral 2018 13:30

“İlham Əliyevin hakimiyyətə gəlişindən sonra dini sahədə çoxlu müvəffəqiyyətlər olub”.“Olaylar”ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə idarədə keçirilən tədbirdə bildirib. O, qeyd edib ki, Sovet İttifaqı dövründə müsəlmanlar əziyyət çəkib, yalnız müstəqillikdən sonra rahat ibadət edilməyə başlanılsa da, Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə müsəlmanlar birləşməyə başlayıb: “Bu gün biz Azərbaycanda dindarlara yaradılan şəraitdən narazılıq etsək, Allaha da xoş getməz.

Nazir: “Azərbaycan Rusiya ilə strateji münasibətlərə böyük əhəmiyyət verir”

14 Fevral 2018 13:26

Azərbaycan qonşularla, xüsusilə Rusiya ilə strateji münasibətlərin inkişafına böyük əhəmiyyət verir. “Olaylar”in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti-yə müsahibəsində rəsmi Bakı ilə Avropa İttifaqı (Aİ) arasında tərəfdaşlıq sazişinin Azərbaycan-Moskva əlaqələrinə təsiri ilə bağlı sualı cavablandırarkən deyib. Nazir qeyd edib: "Ümumilikdə biz Rusiya ilə siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafında əldə olunan mühüm nəticələrdən məmnunuq".

Azərbaycanı özünə hədəf seçən qüvvələrə tutarlı cavab

14 Fevral 2018 13:09

"İtaliyanın Milan məhkəməsinin korrupsiya ittihamında adı çəkilən italyan siyasətçi Luka Volonteyə bəraət verməsi ermənilər və ermənipərəst qüvvələrin yalan və hiyləsini bir daha ifşa etdi". Bunu millət vəkili Elman Nəsirov deyib. E.Nəsirov qeyd edib ki, erməni lobbisi və ermənipərəst qüvvələr daim Azərbaycana qarşı şər və böhtanla çıxış edir:

Deputat: “Avropaya vizasız getmək məsələsini gündəmə gətirməliyik”

14 Fevral 2018 12:58

“Azərbaycan vətəndaşlarının Avropa Birliyi ölkələrinə vizasız getməsi məsələsi gündəmə gəlməlidir”. Bunu deyən millət vəkili Qüdrət Həsənquliyevin sözlərinə görə, qonşu ölkələrlə bağlı viza məsələsinin həlli labüddür: “Bu yaxınlarda məlumat oxudum ki, Azərbaycan pasportu dünya dövlətləri arasında hörmətinə görə 70-ci yerdədir. Hesab edirəm ki, 200 ölkə arasında bu heç də aşağı göstərici deyil.

“Bu qərar İrəvana ciddi mesajdır” - ŞƏRH

14 Fevral 2018 12:44

“Burada hər hansı korrupsiya və ya sövdələşmə ilə bağlı hallar baş verməmişdi. Sadəcə müəyyən adamlarla dostluq münasibətləri var idi”. Bunu Avropanın tanınmış siyasətçilərindən olan İtaliyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Luka Volontenin Milan Məhkəməsində bəraət almasını şərh edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib.

Milanda italyan müəllifin Xocalı faciəsindən bəhs edən kitabının təqdimatı keçirilib

14 Fevral 2018 12:21

İtaliyanın Milan şəhərində şairə Maddalena Capalbinin Xocalı faciəsindən bəhs edən "Günahsız" adlı şeirlər toplusunun təqdimatı olub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, təqdimat Milan Bələdiyyəsinin hər ay  təşkil etdiyi "Milan poesiya ilə qovuşdu" layhəsi çərçivəsində baş tutub. Layihənin məqsədi insanları poeziyaya daha da yaxınlaşdırmaq, poetik dillə həm bədii, həm də sosial mesajlar verməkdir.

Sədr müavini: “Vətəndaşlarımızın seçkilərdə iştirakına dair təlimat mövcuddur”

14 Fevral 2018 12:06

“Azərbaycanda gedən istənilən proseslər xaricdə yaşayan soydaşlarımız, Azərbaycan xalqının nümayəndələri tərəfindən birmənalı şəkildə böyük əhəmiyyət və maraq kəsb edir. Soydaşlarımızın xaricdə yaşamalarına baxmayaraq, Azərbaycanla çox sıx əlaqədədirlər və məlumat əldə edirlər. Təbii ki, Diasporla İş üzrə Dövlət Komitəsi də bu işdə rolu danılmazdır”. Bunu  Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) sədrinin müavini Ramin Məmmədov deyib.

Nəzarətini 30 ildir itirdiyimiz bölgə

14 Fevral 2018 12:04

“30 ildir Dağlıq Qarabağ üzərində nəzarəti itirmişik. 1988-ci ilin 13 fevralında Xankəndində Azərbaycan əleyhinə ilk mitinqlər başladı, separatizmin və terrorun əsası qoyuldu. İşğalın 30 il davam etməsi bizim üçün böyük müddətdir”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

“Ülke TV” xəbər kanalı Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlayıb- VİDEO

14 Fevral 2018 12:03

Türkiyənin nüfuzlu xəbər kanallarından olan “Ülke TV” Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlayıb.

Aydın Mirzəzadə: “Ermənistanı yox edən özünün apardığı siyasətdir” 

14 Fevral 2018 12:01

“Ermənistanda əhalinin günü-gündən ağır vəziyyətə düçar olması işğalçı ölkə rəhbərliyinin 1991-ci ildən bu yana apardığı səhv dövlətçilik siyasətinin nəticəsidir. Hər üç prezidentin dövründə Ermənistan Azərbaycan torpaqlarının işğalı qonşu dövlətlərlə düşmənçilik mövqeyini özünün xarici siyasətinin əsas motivi görüb. Bu isə istər-istəməz ölkənin inkişafını dayandırır”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Ağsaqqallar Şurası prezident İlham Əliyevin namizədliyini dəstəkləyib

14 Fevral 2018 11:59

Azərbaycan Ağsaqqallar Şurasının iclası keçirilib.  Məlumata görə, iclasda çıxış edən Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov dövlət başçısı İlham Əliyevin qarşıdakı seçkilərdə prezidentliyə namizədliyinin Şura tərəfindən dəstəklədiyini vurğulayıb: "Heydər Əliyev yolunun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan inkişaf edir, ölkədə sabitlik mövcuddur.İlham Əliyev hələ uzun müddət bu uğurlu yolu davam etdirəcək. Azərbaycanın dünya arenasında nüfuzunun daha da artırılması üçün böyük, yorulmaz dövlət xadimi lazımdır və İlham Əliyev də məhz belə şəxsiyyətdir.  Azərbaycan Ağsaqqallar Şurası xalqımızı bir daha prezident seçkilərində prezident İlham Əliyevi dəstəkləməyə dəvət edəcək".

AŞ PA prezident seçkilərini müşahidə edəcəkmi?

14 Fevral 2018 12:00

“Azərbaycanın Avropa Şurasından (AŞ) və Avropa Şurası Parlament Assambleyasından (AŞPA) çıxması məsələsi gündəmdə deyil”. “Olaylar” xəbər verir ki, bunu Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəsi səfir Zoltan Hernyes deyib: “Azərbaycan AŞ və AŞPA-nın tamhüquqlu üzvüdür və bütövlükdə aktiv fəaliyyət göstərir. Azərbaycan nümayəndə heyəti AŞPA-nın yanvar ayındakı son sessiyasında da fəal olub.

İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması bu gün MSK-da müzakirə ediləcək

14 Fevral 2018 11:31

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması müzakirə ediləcək. Bu barədə YAP mətbuat xidmətinin rəhbəri, MSK üzvü Hüseyni Paşayev məlumat verib. Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayındaİlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.