“Mehmetcik” daha bir ölkədə döyüşlərə başlayır - RƏSMİ
8 Mart 2018 14:43 Siyasət"Afrində həyata keçirilən "Zeytun budağı" əməliyyatı may ayına qədər bitəcək".
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.
Nazir bundan sonra İraqda PKK terror təşkilatına qarşı əməliyyatın keçiriləcəyini deyib.
"Əməliyyat İraqdakı seçkilərdən (2018-ci il mayın 12-də İraqda yerli və parlament seçkiləri keçiriləcək -red.) sonra birgə keçirilə bilər. Bağdad ilə razılaşma var", - o vurğulayıb.
Xatırladaq ki, "Zeytun budağı" əməliyyatı yanvarın 2-də başlayıb. Məqsəd Afrini PKK/PYD/YPJ terror təşkilatından təmizləməkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31