8 Mart “Dünya qadınlar günü” necə ortaya çıxdı – Tarixin mübariz qadınları haqda maraqlı FAKTLAR
8 Mart 2018 15:36 SiyasətNyu-Yorkda bir toxuculuq fabrikində başlayan mübarizənin səbəbi qadınların çox işləyib, az maaş almaları idi.
1857-ci il martın 8-də qadınlar 16 saatlıq iş rejiminin aşağı enməsi və maaşların artırılması tələbilə aksiyalar keçirməyə başladılar.
25 noyabr 1909-cu ildə yenidən bir aksiya başlamışdı. Bu aksiya 40 min nəfərə yaxın işçinin iştirakı ilə baş tutmuşdu. Aksiyaçıların 20 min nəfəri qadınlardan ibarət idi. Bu dəfəki aksiyanın da səbəbi həftəlik 52 saatlıq iş rejiminin aşağı endirilməsi, gün ərzində artıq işlədilən 2 saatın ləğv edilməsi, maaşların az olması və s. bu kimi problemlər idi.

ABŞ tarixində "ən böyük qadın aksiyası" olaraq adlandırılan bu aksiya 1910-cu ildə qadınların bir çox tələbləri yerinə yetirilərək sona yetir. Yalnız bir şirkət qadınların tələblərini yerinə yetirmədi. "Tirangle" adlı köynək fabrikində 1911-ci ildə yekə bir yanğın çıxdı. Dəhşətli yanğında 146 nəfər həyatını itirdi. Ölənlərdən 129-u qadın idi. Yanğında bu qədər çox insanın ölməsinin səbəbi binada cəmi bir liftin olması idi. Aprelin 5-də ölənlərin dəfn edilməsi üçün 80 min nəfərlik yürüyüş keçirildi. Yüzlərlə qadın həmin gün işi buraxaraq bu yürüyüşə qatıldı.


Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.
1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında Almaniya Sosial-Demokrat Partiyasının fəallarından olan Klara Setkin 8 martın "Dünya qadınlar günü" olaraq qeyd edilməsini təklif etdi. Təklif müzakirələr əsasında səs çoxluğu ilə qəbul edildi.

"Dünya qadınlar günü" ilk dəfə 1911-ci ildə Avstriya, Danimarka, Almaniya və İsveçrədə qeyd edilib.

6 il sonra Rusiyanın qadın işçiləri "Çörək və gül istəyirik" şüarları ilə küçələrə çıxmağa başladı. Rusiyada da ilk illərdə mart ayının əvvəlləriində qeyd edilən bayram, Beynəlxalq qadınlar konfransında qəbul edilən qərardan sonra - 1921-ci ildən etibarən hər il martın 8-də "Dünya qadınlar günü" qeyd olunur.

Birinci və ikinci dünya müharibəsində bəzi ölkələr 8 martın qeyd edilməsini qadağan etdi.

1960-cı ildə ABŞ-da məsələ daha güclü bir şəkildə yenidən gündəmə gəldi. Birləşmiş Millətlər Təşkilatı düz 66 il sonra rəsmi şəkildə 8 martı "Dünya qadınlar günü" olaraq qəbul etdi.


8 mart "Dünya qadınlar günü" Türkiyədə ilk dəfə 1975-ci ildə qeyd edildi. 500 nəfərə yaxın qadın işçinin keçirdiyi aksiya ilə ilk bayram baş tutdu.
1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür.
1995-ci ildən isə ölkəmiz qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
8 Mart - Beynəlxalq Qadınlar günü Azərbaycanda qeyri-iş günü elan olunub.