Siyasət

Füzulidə top mərmisi aşkarlandı

5 Mart 2018 23:31

Daxili İşlər Nazirliyinin "102" Xidməti - Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. ANAMA-dan verilən xəbərə görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

Prezident arıçılığın inkişafı ilə bağlı sərəncam imzalayıb

5 Mart 2018 18:51

Azərbaycan prezidenti İlham Əliyev arıçılığın inkişafının stimullaşdırılması haqqında sərəncam imzalayıb. Məlumata görə, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla 5 il müddətində ildə 10 manat məbləğində subsidiya müəyyən edilib.

Azərbaycan-Ukrayna Hökumət Komissiyasının yeni tərkibi təsdiqləndi

5 Mart 2018 18:45

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev yaşayış məntəqələrinin qazlaşdırılmasına vəsait ayırıb - SİYAHI

5 Mart 2018 18:43

Prezident İlham Əliyev yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev hərbi qulluqçuların və dövlət qulluqçusu olmayan mülki işçilərin maaşlarını artırdı

5 Mart 2018 18:24

Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Petro Poroşenko Prezident İlham Əliyevə başsağlığı verib

5 Mart 2018 17:34

Ukraynan Prezidenti Petro Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

“Ermənistanda siyasi fiqurların yerdəyişməsi heç bir inkişafa gətirə bilməz”

5 Mart 2018 16:57

Ermənistanda yeni prezidenti istər Qərb meylli, istərsə Rusiya meylli olsun, Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca, onlar öz işğalçı siyasətlərindən əl çəkmədikcə bu dövlətdə heç bir inkişafdan söz gedə bilməz.

Azərbaycan-Mərakeş Krallığı arasında bir sıra sənəd imzalanıb

5 Mart 2018 15:57

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Mərakeş Krallığının Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasir Bureytanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün geniş potensialın mövcud olduğunu qeyd edən tərəflər səfər çərçivəsində Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyanın ilk iclasının keçirilməsinin iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına əsaslıtəkan verəcəyinə inam ifadə etdilər.

Politoloq: “Separatçılara müstəqillik, ermənilərə isə rifah söz verilir”

5 Mart 2018 15:33

“Armen Sarkisyan prezident kürsüsünə əyləşdirildi və Serj Sarkisyana bu lazım idi. O, bununla Qərbyönümlü bir şəxsin dövlət başçısı olacağına dair həm Rusiyaya, həm Avropaya və ABŞ-a mesaj verdi”. Bunu politoloq Arzu Nağıyev deyib.

Ekspert: “Müxalifət öz maraqlarını güdür”

5 Mart 2018 15:20

“Prezident seçkilərinin 11 aprel tarixinə təyin edilməsi müxalifətin, xüsusən də bəzi beynəlxalq dairələrin planlarını alt üst etdi”. Bunu  internet-media eksperti Səbuhi Abbasov deyib.

Nazir: "Mərakeş və Azərbaycan hər ikisi təcavüzlə üzləşib"

5 Mart 2018 14:06

"Azərbaycana səfərim siyasi məsləhətləşmələrin davam etdirilməsi üçün böyük imkan yaratdı. Bir sıra məsələyə münasibətdə oxşar mövqedən çıxış edirik. Münasibətlərimizin əsası güclüdür. Regional və beynəlxalq səviyyədə əlaqələrimizi koordinasiya edirik".

Nazir: "Seçkilərdən sonra Azərbaycan və Ermənistan arasında danışıqlar intensiv davam etdiriləcək"

5 Mart 2018 14:04

"Azərbaycan və Mərakeş arasında əlaqələr 1992-ci ildə qurulub. Ölkələrimiz arasında strateji səviyyədə əməkdaşlıq da ola bilər, çünki hər iki dövlət beynəlxalq təşkilatlarda bir-birinə dəstək verir. Bu ilin sonu və ya gələn ilin əvvəllərində konkret layihələr üzrə hökumətlərarası komissiyanın ikinci iclasını keçirmək qərarına gəldik. Biznes-forum da keçiriləcək".

Amerikalı jurnalist: "Seçkilər müsbət ab-havada keçəcək"

5 Mart 2018 14:01

"Seçki istənilən demokratik ölkə üçün əhəmiyyətlidir. Bu xalqın öz iradəsinin ifadəsi deməkdir". Bunu sechki-2018.az saytına açıqlamasında amerikalı jurnalist Nurit Greenger bildirib. 

Avropada dövlətçilik əleyhinə formalaşmış söyüşcül qrup

5 Mart 2018 13:43

Zaman-zaman müxtəlif adlar altında Avropaya gedib orada özünə sığınacaq əldə edən, bu gün isə qoca qitədən Azərbaycan dövlətçiliyi, hakimiyyətinə qarşı barışmaz mövqe sərgiləyən bəzi milli ünsürlərin fəaliyyəti cəmiyyətimizdə haqlı olaraq narazılıq yaradır. Siyasi mövqeyindən və cəmiyyətdəki yeri, rolundan asılı olmayaraq əksəriyyət bu kimi hallara qarşı öz etirazını ifadə edir. Xüsusilə həmin şəxslərin siyasi mübarizə üsulunda təhqirə yol vermələri mənfi hal kimi qiymətləndirilir.