Siyasət
İrəvan danışıqlar prosesini pozmağa çalışacaq
Ermənistanda seçki şousu nəhayət ki, başa çatdı. Əslində bunu seçki yox, təyinat adlandırmaq daha doğru olardı. Belə ki, Ermənistanın yeni prezidenti məhz Serj Sərkisyanın istəyi və dəstəyi ilə işğalçı ölkənin parlamentində təyin olundu. Artıq Ermənistanın prezidenti Armen Sərkisyan olsa da, yenə də bu ölkədə əsas söz sahibi baş nazirlik postuna doğru sürətlə irəliləyən Serj Sərkisyan olacaq.
MSK sədri prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
İlham Əliyev Mərakeşin XİN başçısı ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bouritanı qəbul edib.
Hansı media orqanları pullu təşviqata qoşulur?
Əli Həsənov: "Azərbaycan İsraillə müsəlman dünyası arasında körpü yaradır"
İsrail bütün münasibətlərdə Azərbaycanın azsaylı strateji tərəfdaşlarından biridir. Hər iki ölkə hərbi-texniki istiqamətdə, ən yeni texnologiyalar və səhiyyə sahələrində əməkdaşlıq edir.
MSK "Trenerlər üçün treninq"lərə start verib
Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) bu gündən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində "Trenerlər üçün treninq"lərə start verib. Məlumata görə, tədbirdə çıxış edən Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimli seçki təcrübəsinin ötən dövr ərzində təkmilləşdiyini bildirib.
Cəbhədə atəşkəs yenə pozuldu
"OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
“Los Angeles Times” qəzetinin ispandilli versiyası: Ermənistan Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı törədib
ABŞ-ın nüfuzlu “Los Angeles Times” qəzetinin ispandilli versiyası olan “Hoy Los Angeles” qəzetində qəzetin baş redaktoru Alexandro Masielin (Alejandro Maciel) müəllifliyilə Ermənistan-Azərbaycan münaqişəsi, Xocalı soyqırımı və bir neçə gün öncə Kaliforniya Ştat Senatında Azərbaycan və Türkiyə əleyhinə keçirilmiş dinləmə haqqında məqalə dərc edilib. Qeyd edilməlidir ki, 1 milyonluq tiraja malik “Hoy Los Angeles” qəzeti ABŞ-ın ən böyük və nüfuzlu ispandilli mətbu orqanıdır. Bütün ABŞ-da 55 milyon, Kaliforniyada 15 milyon, Los Anceles vilayətində isə 5 milyonadək ispandilli əhali mövcuddur və bu icmanın ABŞ-ın siyasi və iqtisadi həyatındakı nüfuzü günü-gündən güclənməkdədir.
Amerikanın nüfuzlu yəhudi təşkilatının illik toplantısında Azərbaycanın nailiyyətləri müzakirə olundu
Vaşinqton şəhərində ABŞ-ın ən nüfuzlu yəhudi təşkilatı olan Amerika İsrail İctimai İşlər Komitəsinin (AİPAC) illik siyasi konfransı çərçivəsində artıq ənənəyə çevrilmiş Azərbaycan-İsrail tərəfdaşlığına həsr edilmiş “Yeni sərhədlər: İsrailin Qafqazda və Mərkəzi Asiyada strategiyası” mövzusunda seminar keçirilmişdir. 250 nəfərədək ictimai-siyasi, akademik, biznes və diplomatik korpus dairələrin nümayəndələrinin qatıldığı seminarda əvvəlki illərdəki kimi Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının vitse-prezidenti Mark Levin, tanınmış politoloqlar - Corctaun Universitetinin professoru Brenda Şaffer və Mərkəzi Asiya-Qafqaz İnstitutunun İpək Yolu Tədqiqatları proqramının direkoru Svante Kornel iştirak etmişdir.
Erməni politoloqlar Türkiyə ilə əlaqələrin düzələcəyinə inanmır – rəylər
Sergey Kurginyan: “Sumqayıtda erməniləri azərbaycanlılar öldürməyib”
Özbəkistan Prezidenti İlham Əliyevə başsağlığı verdi
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib. Başsağlığında deyilir: "Hörmətli İlham Heydər oğlu. Azərbaycanın paytaxtı Bakı şəhərində yanğın nəticəsində çoxsaylı insanın həlak olması və xəsarət alması xəbəri bizi çox kədərləndirdi.














