Siyasət
Prezident İlham Əliyev Daxili Qoşunların Baş İdarəsinin əməkdaşlarının maaşlarını artırıb
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan qadınlarını təltif edib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşlarının maaşlarını artırıb
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Həsən Turabovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
Prezident İlham Əliyev Həsən Turabovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. 2018-ci ilin mart ayında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Respublika Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Səttar oğlu Turabovun anadan olmasının 80-ci ildönümü tamam olur.
Prezident İlham Əliyev Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyev Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Azərbaycanda prezident seçkiləri ilə bağlı müstəqil media mərkəzi yaradılıb
Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkiləri ilə bağlı müstəqil media mərkəzi yaradılıb. Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.
Prezident seçkiləri ilə bağlı 5 milyon 347 min 803 seçki bülleteni çap olunacaq
Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkiləri ilə bağlı 5 milyon 347 min 803 seçki bülleteni çap olunacaq. Məlumata görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları haqqında məlumat verilərkən bildirilib.
Prezidentin tapşırğı ilə Zakir Həsənov ön xətt bölmələrində olub
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində yerləşən ön xətt bölmələrdə olublar. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə hərbi hissənin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək gül dəstələri qoyulub.
Çin və Türkmənistan rəhbərləri İlham Əliyevə başsağlığı veriblər
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Radikalların dövlətçilik mövqeyindən çıxış edənləri ləkələmək cəhdi
Qəribə tendensiya müşahidə olunur. Radikal müxalifətdən fərqli olaraq prezident seçkilərində iştirak qərarı verən siyasi təşkilatlar, ayrı-ayrı fərdlər bu düşərgənin tənqid və hətta təhqir hədəfinə çevrilir.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 7-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Martin Şuster keçirəcəklər.
Prezident Məmmədəli Ağayevə “Dostluq” ordenini təqdim etdi
Azərbaycan Prezidenti İlham Əliyev martın 6-da Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevə “Dostluq” ordenini təqdim edib.
Bu gün Məhəmməd Əmin Rəsulzadənin vəfatı günüdür
Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin vəfatı günüdür. Məhəmməd Əmin Rəsulzadənin dünyasını dəyişməsindən 63 il ötür.












