Siyasət
MSK sədri Milli Şuranın mitinqinə münasibət bildirdi
Siyasi partiyaların digər sahələrdəki hərəkətləri digər qanunvericiliklərlə tənzimlənir. Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Milli Şuranın martın 10-na təyin edilən mitinqinə münasibət bildirərkən deyib.
Məzahir Pənahov: "Prezidentliyə namizədlər seçkiqabağı təşviqat başlamamış təbliğat aparmamalıdırlar"
Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində namizədlər seçkiqabağı təşviqat başlamamış təbliğat aparmamalıdırlar. Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə deyib.
Krallığın sevimli gəlinləri haqqında HEYRƏTAMİZ FAKT - FOTO
Azərbaycan həqiqətləri Stanford Universitetində
ABŞ-ın Kaliforniya ştatında yerləşən və dünyanın 5 ən nüfuzlu universiteti sırasında yer alan Stanford Universitetində Xocalı soyqırımına həsr olunmuş geniş anma tədbri keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi və Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, ötən il Kaliforniyanın Los Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş “Zülmətdən Qaçarkən” (Running from the Darkness) sənədli filmi nümayiş etdirilib. Qeyd edək ki, sözügedən film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir.
ATƏT sədrliyi: “Münaqişə tərəflərinə kömək etmək üçün heç bir şansı qaçırmayacağıq”
ATƏT-ə sədrlik edən İtaliya Dağlıq Qarabağ münaqişəsinin siyasi, danışıqlar yolu ilə həllini dəstəkləmək öhdəliyinə sadiqdir. Bunu armenpress-ə açıqlamasında İtaliyanın ATƏT-ə sədrlk ofisinin mətbuat katibi Giovanni Davoli deyib.
MSK-nın "Seçki-2018" Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb
Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçki-2018" Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb. Məlumata görə, bu gün "Seçki-2018" Müstəqil Media Mərkəzinin açılış mərasimi keçirilib.
Azərbaycanda 8 mart münasibətilə qadınlar haqda MÜHÜM SƏRƏNCAM
Rusiya yasa batdı: İlk başsağlığı İlham Əliyevdən
Qarabağla bağlı 3 ssenari – Rusiya “valı” çevirir
Prezidentliyə namizədlər üçün son 5 gün
İlham Əliyev ailəsi ilə bayramı belə qeyd etdi - FOTOLAR
Prezident İlham Əliyev ailəsi ilə birgə Od çərşənbəsini qeyd edib. Leyla Əliyeva öz səhifəsində bununla bağlı fotolar paylaşıb.
Ərdoğan İlham Əliyevə başsağlığı verdi
Martın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Prezident Rəcəb Tayyib Ərdoğan Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına və həyatlarını itirənlərin ailə üzvlərinə başsağlığı verib, mərhumların doğmalarına səbir diləyib.
Prezident İlham Əliyev Daxili Qoşunların Baş İdarəsinin əməkdaşlarının maaşlarını artırıb
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.














