Siyasət

Paşinyan ölkə büdcəsini bu üsulla formalaşdırmaq niyyətindədir

30 Noyabr 2018 13:25

Keçmiş Ermənistan prezidenti Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyan öz bank hesablarından birindən dövlət xəzinəsinə 30 milyon dollar qaytarmağa hazırdır. Ermənistan Dövlət Gömrük Komitəsinin keçmiş sədri, çirkli pulların yuyulmasında ittiham olunan Armen Avetisyan isə Tsaxkadzordakı otelini dövlətə vermək istəyir. Bu haqda Ermənistan baş nazirinin səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan bəyan edib.