İsmayıllı rayonuna yeni prokuror təyin edilib
30 Noyabr 2018 13:12 Siyasətİsmayıllı rayonuna yeni prokuror təyin edilib.
Bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Tural Yusifov İsmayıllı rayon prokuroru vəzifəsinə təyin edilib. O, bu təyinata qədər İsmayıllı rayon prokuroru vəzifəsini müvəqqəti icra edib.
Qeyd edək ki, bu ilin iyul ayında İsmayıllı rayon prokuroru Ülvi Abbasov və onun böyük köməkçisi Faiq Quliyev korrupsiya ittihamı ilə həbs edilib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31