Siyasət

Vüqar Rəhimzadə: "Dövlət hər zaman öz vətəndaşının yanındadır"

29 Mart 2019 16:52

“Bu gün cəmiyyətdə statusundan asılı olmayaraq hər bir vətəndaşımız dövlətin diqqət və qayğısını öz həyatında hiss edir. Təbii ki, bu qayğı günbəgün artır, dövlət hər bir vətəndaşının probleminə daha həssas şəkildə yanaşır və onu həll edir. Xüsusilə bu ilin əvvəlindən başlayaraq möhtərəm Prezidentimiz təşəbbüsü ilə sosial sferada həyata keçirilən islahatlar, imzalanan fərman və sərəncamlar bunu bir daha təsdiq edir. Ölkəmizin başçısı bölgələrə səfərləri zamanı kənd və qəsəbələrdə sakinlərlə görüşür, onların problem və qayğılarını öz dillərindən eşidir və ən yüksək səviyyədə həllinə çalışır. Hesab edirəm ki, bu və digər mühüm məqamlar həyata keçirilən uğurlu sosial siyasətin nəticəsidir”. Bu fikirləri Olaylar.az -a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.