Ermənistanın kabusuna çevrilən İsrail-Azərbaycan əməkdaşlığı- ŞƏRH
Ermənistanın kabusuna çevrilən İsrail-Azərbaycan əməkdaşlığı
10 May 2019 17:19 SiyasətErmənistan bütün parametrləri üzrə cəbhə xəttində vəziyyəti gərginləşdirməyi hədəfləyib. Son vaxtlar təmas xəttində atəşkəsin pozulması hallarının artması, düşmənin atəşkəs rejimini pozarkən ağır silahlardan istifadə etməsi, eləcə də digər bənzər hadisələr belə deməyə əsas verir. Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın yenidən qeyri-qanuni olaraq Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə səfər etməsi də yuxarıda qeyd etdiyimiz faktorların tərkib hissəsidir. Məlumat üçün qeyd edək ki, Nikol Paşinyan inqilab yolu ilə hakimiyyəti zəbt etdikdən sonra Dağlıq Qarabağa onlarla səfər edib. Bu dəfə isə Paşinyan Şuşa şəhərinin ermənilər tərəfindən işğal edilməsinin 27-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Qarabağa gəlib. Baş nazir Xankəndi ilə yanaşı, Şuşada da olub.
Göründüyü kimi, rəsmi İrəvan ciddi cəhdlə Azərbaycanı təxribata çəkmək, cəbhə xəttində vəziyyəti gərginləşdirmək və təmas xəttində yenidən qarşıdurma yaratmağı qarşısına məqsəd qoyub. Elə cərəyan edən proseslər də bütün bunların əyani sübutu sayıla bilər.
Hər nə qədər Qarabağ probleminin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu Nikol Paşinyanın bu təxribatçı hərəkətlərinə adekvat cavab verməsə də, lakin rəsmi Bakı baş nazirin Qarabağa qeyri-qanuni səfərlərini pisləyərək İrəvanı danışıqlar prosesinə əngəl olmaqda günahlandırıb.
İrəvan isə təkcə Azərbaycanı təxribata çəkməklə kifayətlənmir, eyni zamanda öz hərbi qüdrətini artırmaqla bölgədə Azərbaycan qarşısındakı hərbi gücsüzlüyünü minimuma endirməyə çalışır.Hər halda işğalçı ölkənin xarici siyasətdən cavabdeh olan nazirinin İsrailə səfər etməsi və iki ölkə arasında hərbi əmıəkdaşlığın daha da inkişaf etdirilməsi barədə ortaya qoyulan istək, hər halda Ermənistanın ciddi cəhdlə slahlanmaya meyilli olduğunun göstəricisidir. Bəs görəsən ekspertlər işğalçı ölkənin bu hərəktlərini necə dəyərləndirirlər?
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbərti, politoloq Məhəmməd Əsədullazadə deyir ki, ötən həftə Ermənistanın xarici işlər naziri Z. Mnatsakanyan İsrailə səfər edərək, Azərbaycanla bu ölkənin strateji tərəfdaşlığının qarşısnı almaq üçün danışıqlar aparıb. Politoloqun sözlərinə görə, Azərbaycanın İsriallə yüksələn xətlə davam edən müdafiə sahəsində əməkdaşlığı Yerevanın kabusuna çevrilib: "Erməni nazirin əsas səfər missiyası İsrailin Azərbaycanla hərbi-texniki və müdafiə sahəsində əməkdaşlığının qarşısının alınmasına hesablanıb. İsrail tərəfi bunu yaxşı bildiyi üçün demək olar ki, Mnatsakanyanı əliboş Yerevana yola salıb".
Politoloq deyib ki, azərbaycanlılarla yəhudilər arasında dostluq əsrlərlə dayanır və tarixi bağlılığdan irəli gəlir: "Bu dərin dostluq və əməkdaşlığı ermənilər poza bilməyəcək. Z. Mnatsakanyan bu səfər çərçivəsində erməni lobbi dairələrinə İsrail hərbi -siyasi kabineti və Knesseti ilə sıx əməkdaşlıq edərək, mümkün İsrial-Azərbaycan əməkdaşlığının qarşısını almaq üçün təlimat verib. Təbii ki, bunu erməni lobbisi bacarırdısa, əvvəlki illərdə edə bilərdi. Göründyü kimi erməni lobbisi Türkiyə və Azərbaycana qarşı bu ölkədə fəaliyyəti tənəzzülə uğrayır. Bu gün yəhudilərin əsas müttəfiqi və etibar etdiyi xalq ingilsilər və türklərdi. Qeyd edim ki, Ermənistanla İsrail arasında əməkdaşlıq perspektivləri mümkün görünmür. Bu əməkdaşlıq onda mümkün olacaq ki, Ermənistan Azərbaycan ərazilərini boşaldacaq. Məhz İsrail rəsmiləri də bunu dəfələrlə ermənilərin nəzərinə çatdırır".
Politoloq bildirib ki, bu gün Ermənistan İsrailin regional maraqlarına qarşı İranla yüksək səviyyədə əməkdaşlıq edir və Suriyada İsrailə qarşı Bəşər Əsəd rejiminə əsgəri dəstək verir: "Belə olan təqdirdə, İsrailin Ermənistanın Azərbaycana qarşı xahişini yerinə yetirməsi və öz biznes maraqlarından geri çəkilməsi mümkün görünmür. İsraillə Azərbaycan strateji tərəfdaşdır. Bu gün Bakı-Ceyhan neftinin 40 faizi İsrailə ixrac olunur, İsrail Azərbaycan vasitəsi ilə Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq edir. Müsəlman düynasında əsas etibarlı tərəfdaşıdı. Bəzi müsəlman ölkələrdən fərqli olaraq İsrail məhz Azərbaycana görə Ermənistanla əməkdaşlıq etmir.
Göründüyü kimi Nikol Paşinyanın Azərbaycanla sıx strateji tərəfdaş olan ölkələrlə danışıqları nəticə verməyəcək".
Süleyman