Diaspor təşkilatı Paşinyanın Şuşaya səfərinə etiraz etdi
Diaspor təşkilatı Paşinyanın Şuşaya səfərinə etiraz etdi
10 May 2019 17:48 SiyasətDünya Azərbaycanlıları Assambleyası Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa, eləcə də Şuşaya qeyri-qanuni səfər etməsinə etiraz olaraq bəyanat yayıb. "OLAYLAR"-a daxil olan bəyanatda beynəlxalq təşkilatlar bu məsələyə susqunluq nümayiş etdirməməyə çağırılır. Bəyanatda qeyd edilir ki, bir tərəfdən sülh danışıqları aparılır, digər tərəfdən isə işğal olunmuş Dağlıq Qarabağ ərazisinə qanunsuz səfərlər edilir:
"Bu beynəlxalq hüquq normalarının pozulmasından savayı , işğal nəticəsində vətənini itirmiş, evlərindən çıxmağa məcbur qalmış, müharibə nəticəsində öz yaxınlarını itirmiş milyonlarla insanın milli duyğuları ilə oynamaq deməkdir. Digər tərəfdən bununla da, Azərbaycanının səbri yoxlanılmağa çalışılır. Bu cür hadisələr gələcək mümkün müharibənin əsas siqnalıdır".
Dünya Azərbaycanlıları Assambleyası bir daha işğal altındakı ərazilərə qanunsuz səfərləri qətiyyətlə pisləyir. Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün pozulması hallarının yolverilməz və beynəlxalq hüquq normalarına zidd olduğunu bildirir, hər bir şəxs kimi Paşinyan və rejimini beynəlxalq qanunlara , norma və aktlara hörmət etməyə çağırır: "Bu səfərin beynəlxalq hüquq normalarına zidd olduğunu təkrar qeyd edir, işğalçı Ermənistan hakimiyyətinə xatırladırıq ki, Ermənistan Respublikasının BMT, ATƏT , Avropa Şurası, MDB və digər beynəlxalq qurumlara üzv olarkən bu qurumlar qarşısında götürdüyü öhdəliklərə, beynəlxalq hüquq normasında nəzərdə tutulan ərazi bütövlüyü və suverenlik prinsiplərinin kobud surətdə pozulması deməkdir.
Bundan başqa Ermənistan hakimiyyəti dəfələrlə bəyan edir ki, Qarabağ probelmi, Dağlıq Qarabağ ermənilərinin iç məsələsidir. Bu səfər bir daha onu açıq şəkildə göstərir və bu məsələdə əsas tərəf Ermənistandır və bu da işğalçının kim olduğunu açıq göstərir. Hər dəfə dövlət səviyyəsində nümayəndələrin Dağlıq Qarabağ səfərləri, qeyri adekvat çıxışları bir daha onu göstərir ki, Ermənistan sülh danışıqlarına hazır deyil.
Beynəlxalq təşkilatları da bu məsələyə susqunluq nümayiş etdirməməyə çağırırıq. Bir tərəfdən sülh danışıqları aparılır, digər tərəfdən isə işğal olunmuş Dağlıq Qarabağ ərazisinə qanunsuz səfərlər edilir. Bu beynəlxalq hüquq normalarının pozulmasından savayı , işğal nəticəsində vətənini itirmiş, evlərindən çıxmağa məcbur qalmış, müharibə nəticəsində öz yaxınlarını itirmiş milyonlarla insanın milli duyğuları ilə oynamaq deməkdir. Digər tərəfdən bununla da, Azərbaycanının səbri yoxlanılmağa çalışılır. Bucür hadisələr gələcək mümkün müharibənin əsas siqnalıdır".