Siyasət

Hər gün hansısa şəhər və ya kənd azad olunur, növbəti günlərdə... - İlham Əliyev ELAN ETDİ

12 Oktyabr 2020 14:54

Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, hansısa bir şəhər və ya kənd işğaldan azad edilir, yaxud həmin kəndlər nəzarət altına alınır”.

Hərb və informasiya savaşında Azərbaycana uduzan Ermənistan

12 Oktyabr 2020 14:50

Hər iki cəbhədə əldə edilən uğurlar Ali Bş Komandan İlham Əliyevin gərgin fəaliyyəti ilə bağlıdır

Lavrov: Qarabağda atəşin dayandırılması barədə razılaşmalara tam əməl olunmur

12 Oktyabr 2020 14:46

Dağlıq Qarabağda atəşin dayandırılması barədə Moskvada əldə olunmuş razılaşmalara tam əməl olunmur. Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Zoqrab Mnatsakanyanla görüşü zamanı deyib. O bildirib ki, ötən cümə və şənbə günləri azərbaycanlı nazirlə birgə danışıqlar keçirilib: “Prezident Vladimir Putinin təşəbbüsü ilə vacib razışlaşma əldə olunub. Biz görürük ki, bu razılaşmaya hələlik tam şəkildə əməl olunmur və döyüş əməliyyatları davam edir”. Nazir ümidvar olduğunu bildirib ki, Rusiyanın Azərbaycan və Ermənistanla təmasları Dağlıq Qarabağ tənzimlənməsi üzrə Moskvada üçtərəfli formatda şənbə gecəsi əldə olunmuş razılaşmaların tam icrasına xidmət edəcək.

Komitə sədri: “Beynəlxalq təşkilatlar Ermənistanın müharibə cinayəti törətməsinə laqeyd qalmamalıdır”

12 Oktyabr 2020 14:44

 “Azərbaycanla-Ermənistan arasında humanitar əsasda atəşkəs elan olunmasına baxmayaraq Ermənistan tərəfi öz riyakar xislətinə və təcavüzkar mahiyyətinə uyğun olaraq imzalanan razılaşmanın bütün maddələrini kobud şəkildə pozaraq, atəşkəs haqqında razılaşmaya əməl etməyərək Azərbaycanın həm cəbhə boyu rayon və kəndlərini, həm də cəbhədən uzaq məsafədə yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutmaqda davam edir.

Qarabağda təxribatçılıq fəaliyyəti göstərən blogerə cinayət işi açıldı

12 Oktyabr 2020 14:40

Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, eləcə də ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

Bəhruz Məhərrəmov: “Biz Ali Baş Komandana güvənirik və güvənməliyik də!”

12 Oktyabr 2020 14:29

“Humanitar atəşkəs – bizim 30 ildir dözdüyümüz klassik atəşkəs deyil. Moskva görüşünün nəticəsində humanitar atəşkəsin elan olunması diplomatik gedişdir, müharibənin bitməsi, Azərbaycanın hərbi əməliyyatları dayandırmağı anlamına gəlməməlidir. Əksinə, bu, 30 il ərzində Azərbaycanın tamami ilə fərqli statusda, diktə edən tərəf kimi qatıldığı ilk görüşdür. Biz əgər görüşdə və danışıqlarda üstün tərəfiksə və düşmənə qalib kimi şərtlərimizi irəli sürürüksə bundan niyə çəkinməliyik?”

İlham Əliyev: "Gəncəyə raketlər atılması erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür"

12 Oktyabr 2020 14:29

“Biz ümid edirdik ki, bundan sonra Dağlıq Qarabağ məsələsi siyasi yollarla həll olunacaq, çünki hesab edirdik ki, hərbi mərhələ artıq başa çatıb, təcavüzkar döyüş meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb, diplomatik müstəvidə müsbət yanaşma göstərəcək. Ancaq, təəssüf ki, biz bunu görmədik”.

Azərbaycandakı xarici diplomatlar Gəncədədir - FOTO

12 Oktyabr 2020 13:43

Xarici ölkələrin Azərbaycandakı səfirləri, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncəyə səfər edib.

Anar Məmmədov: “Beynəlxalq təşkilatlar terrorçuya dur deməlidir”

12 Oktyabr 2020 13:35

 “Azərbaycanın son 30 ildə danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirməsi həm təcavüzkar tərəfə, həm də dolayısı ilə onu təcavüzkarlığa şirnikləndirən ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərə yaxşı məlumdur.