Erməni doasporası xarici jurnalistləri niyə hədəfə alıb?
Erməni lobbisi bütün dünyada müstəqil medianı susdurmaq yolu seçib
2 Noyabr 2020 14:48 SiyasətErməni lobbisi bütün dünyada müstəqil medianı susdurmaq yolu seçib
İşğalçı dövlət olan Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsi davam edir. Sirr deyil ki, ermənilər xaricdə fəaliyət göstərən doaspor təşkilatları bu sahədə daha fəallıq nümayiş etdirilər. Belə ki, erməni diaspor təşkilatları öz təsir dairələrində olan kütləvi inforçasiya vasitələrinin imkanlarından istifadə edərək ölkəmiz haqqında həqiqətə uyğun olmayan, uydurma məlumatlat yaymaqla Azərbaycanın beynəlxalq nüfuzuna xələlə gətirməyə çalışırlar. Dezinformasiya yamaqda kifayət qədər təcrübə qazanan erməni diaspora təşkilatları hətta özlərinin həyata keçirdikləri insanlıq əlehinə cinayətləri Azərbaycanın adına sırımağa çalışırlar. Sanki vahid mərkəzdən idarə olunan belə fəaliyyət zamanı "şou videlar", yalan və heç bir həaiaətə söykənməyən xəbərlər hazırlamaqla ölkəmizi rüsvay etməyə cəhd edirlər. Lakin bütün cəhdlərə baxmayaraq Azərbaycanın, xüsusən ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücun diplomatiyası erməni diasporasının illər ərzində ortaya qoyduğu fəaliyyəti darmadağın edir. Xüsusən, dövlət başçısının xarici media orqanlarına verdiyi məntiqli, əsaslandırılmış cavabları erməni ideoloqları tərəfindən hazırlanmış qərəzli suallara aydınlıq gətirmiş olur. Baqşa sözlə, Prezident İlham Əliyev müsahibələrində erməni diasporasının fikrini ifadə edən jurnalistlərə tadix və hüquq dərsi vermiş olur. Döyüş meydanında olduğu kimi diplomatik və informasiya cəbhəsində də uduzduğunu görən erməni diasporu hətta Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında material hazırlayan xarici kütləvi informasiya vasitələrinin nümayəndələrini hədəfə almaqdan çəkinmir. Xüsusən, Azərbaycanın haqlı mövqeyini müdafiə edən xarici jurnalistlər açlq-aşkar təzyiqlərə məruz qalırlar. Məlumat üçün qeyd edək ki, erməni diasporu təkcə jurnalistləri deyil, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri verən, obyektiv məlumat yayan, hətta neytral, balanslı mövqe nümayiş etdirən, Ermənistanın və erməni diasporunun maraqlarına cavab verməyən siyasətçiləri, ictimai fəalları hədəfə götürür. Fransanın TF1 kanalı, New York Times və digər nüfuzlu beynəlxalq mətbuat orqanlarının nümayəndələrinə qarşı erməni diasporasının sərgilədiyi svə qərəzli mövqe dediklərimizin bariz nümunəsidir. Belə ki, erməni diasporası onların istədiklərini qələmə almayan, münaqişə barədə həqiqəti işıqlandıran jurnalistlərə qarşı qarşı aksiyalar təşkil edir, ölümlə hədələyir, təhdid və təhqir edirlər. Bəllidir ki, erməni doasporasının maliyyəsi ilə fəaliyyət göstərən çoxsaylı media orqanı mövcuddur. Hətta az-çox müstəqilliyini qoruyan, obyektiv və həqiqətə uyğun məlumatlar yaymaq missiyasını üzərinə götürən bəzi mətbuat orqanlarında milliyyətcə erməni olan xeyli sayda jurnalist yerləşdirilib. Məhz onların köməyi ilə Azərbaycan haqqında ən qərəzli, təhqirli və hətta konflikt yarada biləcək informasiyalar yaymağa nail olurlar. Belə bir şəraitdə erməni lobbisi bütün dünyada müstəqil medianı susdurmaq yolu seçib. Ermənistan-Azərbaycan müharibəsi barədə istənilən obyektiv məlumat verən jurnalistə qarşı dərhal sosial şəbəkələr vasitəsilə hücuma keçilir, təhqir edilir və hətta ölümlə hədələnir. Yeri gəlmişkən qeyd edək ki, Ermənistan dövlətinin özündə heç vaxt azad media, azad mətbut olmayıb. Bu ölkədə daim vətəndaşların fundamental insan hüquqları ilə yanaşı, söz, mətbuat və ifadə azadlığının pozulması halları baş verib. İndi də erməni diaspora Ermənistanın bu sahədəki dövlət siyasətini xarici ölkələrə idxal etmək istəyir. Ancaq yaddan çıxarmaq olmaz ki, hazırda dünyada söz və mətbuat azadlığına hörmət və ehtiram ifadə olunduğundan erməni doasporasının da bu fəaliyyəti uğursuzluğa düçar olacaq.
Nurlan
Olaylar.az