Bakı Bəyannaməsi qəbul edildi

Bakıda keçirilən Gənclər siyasəti üzrə birinci Qlobal Forum başa çatıb Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a bildirilib ki,. Forumun son günü regional sessiyalar keçirilib. Regional sessiyalarda Afrika, Ərəbistan və Qərbi Asiya, Asiya və Sakit Okean, Avropa və Mərkəzi Asiya, Latın Amerikası və Karib hövzəsi ölkələrində gənclər siyasəti və gənclərin inkişafı ilə bağlı görülən işlərə dair müzakirələr, eyni zamanda ölkələr arasında təcrübə mübadiləsi aparılıb. Küveytin gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabah forumun dünya gəncliyinin inkişafına yeni təkan verəcəyini söyləyib. O bildirib ki, bu forum təkcə Bakı Bəyannaməsinin qəbulu ilə yadda qalmayacaq. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov məruzə ilə çıxış edərək bəyan edib ki, üç gün ərzində forum gənclərə informasiya təcrübəsi verib və maraqlı məqamlarla yadda qalıb: "Biz keçmişə və gələcəyə baxdıq. Bu günü müzakirə etdik, inkişafdan danışdıq. İnkişafda çətinliklər də mövcuddur. Təəssüf ki, bu gün radikal dini cərəyanlara qoşulan gənclərimiz var. Hər şeyin əvvəlində təhsil və təcrübə mübadiləsi dayanır. Bizim üçün ən önəmli məqamlardan biri keyfiyyətli təhsildir. Azərbaycan coğrafi baxımdan çox önəmli məkanda yerləşir. Biz gənclərimizin digər ölkələrin gəncləri ilə daima əlaqədə olmasını və yaxşı təcrübə qazanmalarını istəyirik". Sonda Gənclər Siyasəti üzrə I Qlobal Forumunun Bakı Bəyannaməsi qəbul olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00