Şəhid və itgin düşənlərin haqqını kim yeyir?
30 Oktyabr 2014 15:27 Siyasət"28 yanvar 2014-cü il Konstitusiya Məhkəməsinin qərarına əsasən 1997-ci il tarixli "Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında" qanun qəbul olunana qədər həlak olan, itgin düşən, xəsarət alan, lakin sığorta ödənişi olmayan hərbi qulluqçulara qanunla nəzərdə tutulan sığorta ödənişinin ödənilməsi məsələsi qoyulub. Lakin burada bir anlaşılmaz məsələ var". Bunu deyən millət vəkili Fazil Mustafanın sözlərinə görə, Konstitusiya Məhkəməsi Milli Məclisə tövsiyyə edir ki, yaxın müddətdə bununla bağlı qaydalar tərtib edilsin. Əslində isə Konstitusiya Məhkəməsinin belə bir səlahiyyəti yoxdur ki, Milli Məclisə belə bir tövsiyyə versin: "Əgər məhkəmə qərarı ilə söğorta verilməsi nəzərdə tutulursa, niyə bütün şəhid və itkin düşənlərin ailələri Milli Məclisə tərəf yönəldilir? Belə çıxır ki, bu sığorta ödənişlərinin verilməsinə MM mane olur. MM bu qaydanı qəbul etsə ödənişlər veriləcək. Halbuki məsələ yüngülləşdirici hal olduğuna görə, bu qanunun geriyə qüvvəsi var. 11 min manat şəhid və itgin düşənlərin ailəsinə ödənilməlidir. Qanun varsa ona əməl edilməlidir. Məhkəmə qərar qəbul edibsə MM təzədən hansı qaydaları qərtib etməlidir? Bu sığorta şirkətlərini kimlər himayə edirsə etsin, amma şəhidin, itgin düşən şəxsin pulu vaxtında verilməlidir ki, heç olmasa onun ailəsi yaşasın".