Keçmiş “Nida”çı YAP-a üzv olur
30 Oktyabr 2014 15:21 SiyasətRadikal müxalifət partiyalarında təmsil olunan bir qrup gəncin formalaşdırdığı "Nida" təşkilatının artıq keçmiş üzvü Elsevər Nəsrəddin oğlu Mürsəlli Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün ərizə ilə müraciət edib. "OLAYLAR"-ın hakim partiyanın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Elsevər Nəsrəddin oğlu Mürsəlli Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatına ünvanladığı müraciətdə "Nida" təşkilatına qoşulmasını səhv yol kimi qiymətləndirib və bilmədən bu yola qoşulduğunu dərk etdiyini xüsusi vurğulayıb.
Qeyd edək ki, Keçmiş "Nida"çı Nəsrəddin Mürsəlli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv haqqında Sərəncama əsasən azadlığa buraxıldıqdan dərhal sonra Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, öz adından və ailəsi adından dövlət başçısına təşəkkürünü bildirib.