Bayraq günü münasibətilə 3 gün iş olmayacaq
30 Oktyabr 2014 14:29 SiyasətBayraq günü - 9 noyabr bazar gününə təsadüf etdiyi üçün noyabrın 10-u da qeyri iş günü olacaq. Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib. Onun sözlərinə görə, Bayraq günü bazar gününə təsadüf etdiyindən növbəti iş günü - 10 noyabr da qeyri iş günü elan olunub.
Qeyd edək ki, noyabrın 8-i şənbə gününə təsadüf etdiyindən həftənin 5 günü işləyən müəssisələrdə 3 gün qeyri-iş günü olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00