“Dağlıq Qarabağın statusu məsələsi asanlaşacaq”
Qabil Hüseynli: “Bütün danışıqlar prosesində bu tələblər Azərbaycan tərəfindən irəli sürülüb”
30 Oktyabr 2014 13:34 Siyasət"İrəvan Laçından Ermənistana dəhzil açılmasını istəyirsə, Azərbaycanın Zəngilandan Naxçıvana dəhliz tələb etməsi təbiidir". Politoloq Qabil Hüseynli məsələ ilə əlaqədar "Olaylar"-ın sualını cavablandırarkən belə deyib. Q.Hüseynli qeyd edib ki, bütün danışıqlar prosesində bu tələblər Azərbaycan tərəfindən irəli sürülüb. İndi həmin məsələnin ciddi şəkildə müzakirə olunduğunu deyən politoloqun sözlərinə görə, Ermənistan isə təkcə Lazın dəhlizi ilə kifayətlənmək istəmir: "İşğal altında saxladığı Kəlbəcərdən də ikinci yol tapıblar. Bütün bunlar münaqişə həll edilmədikcə, ermənilərin daha da həyasızlaşmasını göstərir". Qabil Hüseynli hesab edir ki, ilkin mərhələdə 7 rayonun qaytarılması Azərbaycanın lehinədir. "Bu baş versə, Dağlıq Qarabağın statusu ilə bağlı problemi həll etmək asanlaşacaq" - deyə Q.Hüseynli vurğulayıb. ("OLAYLAR" İA)