Millət vəkili Sarkisyanın qiyabi məhkəməsini tələb edir
30 Oktyabr 2014 12:35 Siyasət"Hazırkı erməni rəhbərliyi bizim oradakı əsirlərdən fərqli olaraq real təcavüzkarlıqla və kütləvi insan qırğınları ilə məşğul olublar". Bunu deyən deputatı Zahid Orucun sözlərinə görə, Ermənistanın hazırki rəhbərliyi kütləvi insan qırğını ilə məşğul olublar: "Hesab edirəm ki, ən effektli yol-Ermənistana, onun Dağlıq Qarabağdakı bədnam rəhbərliyinə qarşı ən mühüm tədbir günü sabah Serj Sarkisyana, Seyran Ohanyana və digər hərbi cinayətkarlara qarşı Baş Prokurorluqda açılmış cinayət işini məhkəməyə çıxarmaq, sözügedən şəxsləri qiyabi mühakimə etməkdir. Hazırkı erməni rəhbərliyi bizim oradakı əsirlərdən fərqli olaraq real təcavüzkarlıqla və kütləvi insan qırğınları ilə məşğul olublar. Ona görə də Qarabağda tanınmayan məhkəmə strukturlarının belə bir prosesi keçirməsi nə qədər qeyri-hüquqidirsə, Azərbaycan məhkəməsində Sarkisyana və digərlərinə qarşı çıxarılacaq hökmlər şübhəsiz ki, qanuni sayılacaq. Azərbaycan məhkəmə sistemi, o cümlədən, xarici dövlətlərin, hətta, Avropa İnsan Haqları Məhkəməsinin yuridiksiyası tamamilə yol verir ki, qiyabi məhkəmə prosesləri həyata keçirilsin və qərarlar çıxarılsın. Təsadüfi deyil ki, ölkəmizin hüquq praktikasında da bir neçə dəfə belə hallar gerçəkləşdirilib. Ona görə Daqlıq Qarabağdakı saxta məhkəmə prosesinə ən yaxşı zərbə bizim mühakimə orqanlarının addımı, adekvat reaksiyası olardı. Eyni zamanda qeyd edim ki, həmin çıxarılmış hökmlə məlum şəxslərin Azərbaycana gətirilməsi isə beynəlxalq hüquqa müvafiq həyata keçirilir".