Türkiyənin Respublika Günü Bakıda da qeyd edildi

29 oktyabr-Respublika Günü ilə əlaqədar olaraq Türkiyə ilə yanaşı Azərbaycanda da müxtəlif tədbirlər keçirilib. Belə bayram tədbirlərindən biri Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub. "OLAYLAR"-ın xəbərinə görə, Türkiyə və Azərbaycanın dövlət himnlərinin səslənməsi ilə başlanan tədbirdə millət vəkilləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, KİV nümayəndələri, iş adamları iştirak edib. Mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkun Türkiyə Cümhuriyyətinin yaranma tarixi, o dövrün çətin siyasi prosesləri barədə danışıb. Səfir çıxışında Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq-qardaşlıq münasibətlərinə də toxunub və bu münasibətlərin hər iki ölkənin prezidentləri tərəfindən daha da inkişaf etdirildiyini diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00