“Əli Kərimli keçmiş cəbhəçiləri AXCP-dən iyrəndirdi”

Təhmasib Novruzov: “O, bu gün yalnız partiya vasitəsilə xarici donorlardan pul qoparmağa çalışır”

Politoloq Təhmasib Novruzov AXCP-də baş verən kütləvi istefalar barədə danışıb. T.Novruzov iddia olunduğu kimi bu tendensiyanın partiya sədri Əli Kərimlinin də istefasına səbəb olacağına inanmadığını deyib. Təhmasib Novruzovun sözlərinə görə, Əli Kərimli 1996-97-ci illərdə - Əbülfəz Elçibəyin sağlığında Xalq Cəbhəsinin qurucularını iyrəndirərək partiyadan uzaqlaşdırdı: "Lakin həmin vaxt o, partiyadan getməli olduğu halda belə bir addım atmadı. Ona görə də bu gün AXCP-da baş verən qopmalar Əli Kərimlinin getməsinə səbəb ola bilməz. Partiyada keçmiş cəbhəçilərdən artıq heç kəs qalmayıb. AXCP-nı təşkil edənlərin əksəriyyəti yurdçulardır. O, gedənlərin yerinə yeni adamlar tapmağa çalışacaq. Çünki Əli Kərimli qarşısına böyük məqsədlər qoyan adam deyil. Kərimli sadəcə partiyanı gündəmdə saxlamağa yönəlik addımlar atır. O, bu gün yalnız AXCP vasitəsilə  xarici donorlardan pul qoparmağa çalışır. Əli Kərimlinin məqsədi pul qazanmaqdan başqa heç yerə uzanmır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00