“Məqsəd uydurma soyqırımın 100 illiyilə bağlı basqıları yumşaltmaqdır”
27 Oktyabr 2014 16:48 Siyasət"Türkiyənin baş naziri Əhməd Davudoğlu erməni jurnalist, "Aqos" qəzetinin baş redaktoru işləmiş Etyan Mahçupyanı özünün baş müşaviri təyin edib. Burada yəqin məqsəd uydurma soyqırımın 100 illiyilə bağlı Türkiyəyə ediləcək basqıları müəyyən qədər yumşaltmaqdır". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə millət vəkili Sahib Alıyev çıxış edib. Bidlrib ki, Mahcupyanın müşavirliyi, doğrudan da, Türkiyənin işinə yarayacaqsa, nə deyirik, onu ancaq alqışlamaq olar: "Amma Osmanlı tarixini heç də bizdan pis bilməyən cənab Davudoğlu yəqin ki, o zaman "sadiq millət" adlandırılaraq dəyərləndirilən və nə az nə çox düz 3 təmsilçisi ən mühüm nazirliklərin( Xarici, Maliyyə, Poçt və Teleqraf Nazirlikləri) başında əyləşdirilən ermənilərin birinci dünya savaşında türklərə arxadan necə xəncər sapladıqlarını unutmayıb".