“Bələdiyyələr demokratiyanın inkişafında mühüm rol oynayır”
27 Oktyabr 2014 16:12 SiyasətBələdiyyələr ölkəmizdə yerli demokratiyanın inkişafında mühüm rol oynayır". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə yap.org.az saytına bildirib ki, ötən dövr ərzində bələdiyyələr əhalinin sosial məsələlərinin yaxından iştirak etməklə yanaşı, yerli demokratiyanın inkişafına öz töhfələrini veriblər: "Bu il dekabr ayının 23-də Azərbaycanda növbəti seçkilər keçiriləcək. Artıq seçkilərə rəsmi start verilib və qanunvericiliyə uyğun olaraq seçki ilə bağlı müvafiq prosedurlar həyata keçirilir. Yeni Azərbaycan Partiyası bütün seçkilərdə olduğu kimi bələdiyyə seçkilərinə də ciddi şəkildə hazırlaşıb. İnanırıq ki, partiyamız bu seçkilərdə də yüksək nəticələr əldə edəcək".