Oqtay Əsədov Dağlıq Qarabağın Azərbaycanlı icmasını aktiv olmağa çağırdı

"Mən bizim deputatların Avropa Parlamentinin Dağlıq Qarabağdakı separatçı rejimlə isti münasibətlərindən doğan narahatlığını başa düşürəm. Biz, əslində Azərbaycana qarşı beynəlxalq təşkilatların qərəzli mövqeyinə artıq öyrəşmişik. Lakin rəsmi təsdiqini tapmayan məsələləri müzakirə etmək lazım deyil". Bunu Milli Məclisin bugünkü iclasında spiker Oqtay Əsədov deyib. O, bildirib ki, Avropa Parlamentinin Dağlıq Qarabağdakı separatçı rejimlə "dostluq qrupu" yaratması yalnız erməni saytlarında iddia olunur. Milli Məclis sədri bildirib ki, Avropa təsisatlarında bununla bağlı heç bir informasiya yoxdur. Oqtay Əsədov Dağlıq Qarabağın Azərbaycanlı İcmasını da aktiv olmağa çağırıb: "İcma bu məsələlərdə aktiv olmalıdır. Aktiv fəaliyyətlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı şəkildə dünya ictimaiyyətinə lazımı məlumatlar verməlidir".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00