Avropa parlamentariləri Azərbaycan siyasətini dəstəkləyirlər
17 Oktyabr 2014 14:18 Siyasət"Bu gün Avropa parlamentinin deputatlarının əksər hissəsi Azərbaycan siyasətini dəstəkləyirlər". Bunu deyən millət vəkili Səməd Seyidovun sözlərinə görə, onlar ölkə başçısımızın apardığı düzgün siyasəti yaxşı müşahidə edirlər: " Bəzi qruplar "insan haqlar" ndan sui-istifadə edərək bizə ləkə yaxmaq istəyirlər. İnsan haqlarını təsir alətinə çevirmək qadağandır. Onlar erməni lobbisinin təsiri ilə bunu pozmağa çalışırlar." Millət vəkili həmçinin, Kaliforniya Ştatında olan zaman baş verən nailliyyətdən danışıb: "Erməni lobbisi həmişə öz məkrli əməllərini xaricdə tətbiq edirlər. Biz Yəhudi konqresinin nümayəndələri ilə görüşdük. Onlar bizə dedilər ki, erməni lobbisinin qəbul etdiyi sənədin isə heç bir önəmi yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00