Millət vəkili Naxçıvana xüsusi status verilməsini təklif edib
17 Oktyabr 2014 14:14 SiyasətNaxçıvan Muxtar Respublikasının statusu ilə bağlı xüsusi qərar qəbul edilməsinə ehtiyac var. Bunu deyən millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, müstəqilliklə bağlı ilk addımlar Naxçıvandan başlanıb: "Naxçıvan 24 ildir ki, blokadadadır. Hər tərəfdən düşmənlə əhatə olunub. Yalnız Türkiyə ilə 11 kilometrlik sərhəddi var. Ermənistanla ən çox sərhəddi olan da Naxçıvandır. Blokadaya görə, Leninqrada qəhrəman şəhər verildi. Leninqrad cəmi 2 il blokada vəziyyətində olub. Bu il Naxçıvanın 90 illiyi, habelə müstəqilliyimizin 24 illiyi gəldiyi üçün hesab edirəm ki, biz parlamentdə bu haqda düşünməli, Naxçıvanla bağlı qərar verməliyik. Bu Naxçıvanın düşmən qarşısında daha mətin olmasına da müsbət təsir göstərər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00