Ermənistanın gəmisi batır
Ovik Abramyanın birinci müavini hökuməti niyə tərk elədi?
17 Oktyabr 2014 12:15 SiyasətErmənistan baş nazirinin birinci müavini Armen Gevorkyanın istefası çoxları üçün gözlənilməz oldu. O, az sayda adamlardandır ki, uzun müddət Robert Koçaryanla işləyib və həm də Serj Sarkisyanın hakimiyyətində qalıb. Özü də mütəxəssislərin dediyinə görə, o, bütün vəzifələrdə özünü çox layiqli aparıb.Gevorkyanın üzvü olduğu hakim Respublika Partiyası baş nazirin birinci müavinin qəfil gedişini şərh etməkdən imtina elədi. Gevorkyanın öz sözlərinə görə isə o, hər şeydən öncə, özünə yalnız özəl sektorda iş arayacaq.Siyasi texnoloqlar onun belə yüksək vəzifədən qəfil gedişini ölkənin iqtisadi kursundan narazı olması ilə izah edir, bu siyasətin nəticəsində Ermənistan çox ağır vəziyyətə düşüb.Demək olar ki, hər gün qiymətlər qalxır, özü də ən çox ərzaq məhsulları bahalaşır. Ermənistanda çoxdan belə bir lətifə yaranıb: Qiymətlərimiz Avropa qiymətidir, maaşlarımız isə Ermənistan maaşı.Yerli nəşrlər yazır ki, əmək bazarında çox əlverişsiz durum yaranıb. Bunun üçün işəgötürənlərin qəzet və saytlara öz gələcək işçiləri üçün təqdim etdikləri tələblərə baxmayq yetərlidir. 10-dan çox tələb qoyurlar. Ali təhsil, xarici dili çox yaxşı bilmək, kompüterlə iş qabiliyyəti, əməksevərlik, analitik təfəkkür və s. tələb edilir. Və bütün bunların qarşılığında onlar işçilərə ayda yalnız 92 min dram (təxminən 210 dollar) vəd edirlər. Xüsusi hazırlıq tələb etməyən işlərdə isə vəziyyət daha ağırdır. Orada maaşlar üç dəfə, bəzən hətta dörd dəfə aşağıdır."Ermənistan" adlı gəmi güclü şəkildə su buraxmağa başlayıb, görünür, baş nazirin birinci müavini də elə buna görə gəmini tərk edib. Böyük ehtimalla, indiki erməni rejimin digər yüksək çinli məmurları da onun yolu ilə gedəcəklər.