Görüş proqramı açıqlandı

İlham Əliyev və Tacikistan prezidenti təkbətək görüş keçirəcək

Azərbaycan və Tacikistan prezidentlərinin görüşünün proqramı açıqlanıb.ANS PRESS-in məlumatına görə, Tacikistanda rəsmi səfərdə olan prezident İlham Əliyev bu gün Tacikistan prezidenti Emomali Rahmon ilə təkbətək görüş keçirəcək.Proqrama əsasən, prezidentlərin görüşündən sonra iki ölkənin nümayəndə heyətlərinin geniştərkibli görüşü baş tutacaq. Tacikistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüşlər zamanı bir sıra sahələri əhatə edən 10 sənədin imzalanması gözlənilir.Qeyd edilib ki, imzalanacaq sənədlər iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək. Hazırda Tacikistan və Azərbaycan arasında 30-dan çox anlaşma və müqavilə mövcuddur. İki ölkə arasında indiyə kimi imzalanmış sənədlər siyasi, iqtisadi, investisiya, vergi, bank və gömrük sferalarında Tacikistanın və Azərbaycanın ikitərəfli əməkdaşlığının möhkəmləndirilməsi üçün hüquqi bazanı təmin edir.Tacikistan Xarici İşlər Nazirliyindən bildirilib ki, Tacikistan və Azərbaycan arasında əlvan metallurgiya iqtisadi əməkdaşlığın prioritetli istiqamətidir.Xüsusilə, aqrar sənaye kompleksi, energetika, yüngül sənaye, nəqliyyat və kommunikasiya sahələri iki ölkə əlaqələrində özünə xas yer tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00