Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
15 Oktyabr 2014 17:17 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Pyer Andryönü (Fransa), ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki və Devid Salvonu (ABŞ-dan olan həmsədrin köməkçisi) qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00