Elmar Məmmədyarov: Azərbaycan Fələstin xalqını tamamilə dəstəkləyir
15 Oktyabr 2014 15:21 SiyasətAzərbaycanın Fələstinlə bağlı mövqeyi məlumdur - Azərbaycan Fələstin xalqını tamamilə dəstəkləyir. Trend xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Bakıda rəsmi səfərdə olan fələstinli həmkarı Riyad əl-Maliki ilə danışıqlardan sonra mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycan Fələstin hökumətinə humanitar yardımı davam etdirir. E.Məmmədyarov bildirib ki, həmçinin tərəflər təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər: "Fələstin vətəndaşları artıq Azərbaycanın universitetlərində təhsil alırlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00