Azərbaycan müxalifəti Prezident İlham Əliyevə müraciət edəcək

Azərbaycan müxalifət partiyalarının növbədənkənar toplantısı keçirilib. Toplantıda KXCP, Müsavat, ADP, Ümid, Liberal Demokrat, AXP, BAP, Azad Demokratlar, Aydınlar Partiyası iştirak ediblər. Tədbirdə proporsional seçki sisteminin tətbiqini nəzərdə tutan Konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirilməsi təşəbbüsü ilə əlaqədar işlərin gedişi müzakirə edilib. Referenduma çıxarılması təklif edilən dəyişiklik mətninin layihəsi təsdiq edilib. Referendum keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinə, Milli Məclisə, Mərkəzi Seçki Komissiyasına müraciətlərin mətni razılaşdırılıb və göndərilməsi barədə qərar verilib. Toplantıda eyni zamanda ölkədəki ictimai-siyasi vəziyyət dəyərləndirilib, qərarlar qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00