KXCP funksioneri: “Əli Kərimlinin adamları məni ölümlə təhdid edir”
15 Oktyabr 2014 13:52 SiyasətSabiq KXCP funksioneri Elman Türkoğlu jurnalist Xədicə İsmayılla məhkəməsi barədə məlumat verib. Hazırda məhkəmə prosesinin davam etdiyini deyən E.Türkoğlu X.İsmayılın "Facebook"-da onun əleyhinə "qara piar" kampaniyası apardığını bildirib: "Xədicə İsmayılın statuslarına yazılan rəylərdə Əli Kərimlinin adamları məni təhqir edir, söyür, ölümlə hədələyirlər. Əleyhimə yönəlmiş fikirlərin Əli Kərimlinin tapşırığı ilə səsləndirildiyini bilirəm. Sonuncu dəfə ona xəbərdarlıq edirəm. Əgər Əli Kərimli adamlarını yığışdırmasa, birbaşa onun özünü təhqir edəcəm. Sən məni ölümlə hədələmə! Sənin başına elə oyun açaram ki, dünyaya gəlməyinə peşiman olarsan, yetişmişin dura-dura kalın tökülər olarsan. Yaxşısı budur ki, sus!".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00