Erik Forner: “İlham Əliyev və Serj Sərkisyan görüşündə Fransa tərəflərə Dağlıq Qarabağa dair şərtlərini təqdim edəcək”
15 Oktyabr 2014 12:11 Siyasət"Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündə Fransa münaqişəninin həlli üçün lazımi şərtlər irəli sürməyə çalışacaq". Ermənistanda səfərdə olan Fransa Xarici İşlər Nazirliyinin rəsmisi Erik Forner belə deyib. Erməni mətbuatının məlumatına görə, Forner Fransanın Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllini dəstəklədiyini bildirib: "İlham Əliyev və Serj Sərkisyanın görüşü oktyabr ayının ən əhəmiyyətli mövzularından biridir. Fransua Ollandın iştirakı ilə reallaşacaq görüşün, tərəflər arasında yaxınlaşmaya şərait yaradacağına ümid edirik. Görüş münaqişənin həllində irəliləyişlərin əldə olunması istiqamətində müəyyən şərtlərin təqdim edilməsi ilə də əlamətdar olacaq. Bu da yaxın zamanda müəyyən nəticələrin əldə olunmasına şərait yaradacaq". ("OLAYLAR" İA)