Əli Kərimli ABŞ-a yarınmaq istəyir
10 Oktyabr 2014 16:32 Siyasət"ABŞ prezidenti Barak Obamanın Azərbaycanla bağlı məlum çıxışından sonra Əli Kərimli ABŞ-a yarınmaq üçün mitinq arzusunu ortaya qoyub . Mitinq keçirmək təəşəbbüsü də bununla bağlıdır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı səsləndirib. Bildirib ki, Əli Kərimli yenidən özünü "qərb yönümlü" siyasətçi kimi ABŞ-a təqdim edir: "Özü də yaxşı bilir ki, Rusiyanın yaratdığı "Milli Şura"da Cəmil Həsənlidən başqa heç kim qalmayıb. Kimdir Əli Kərimlinin mitinqinə qatılan? Kim qalıb ki, bunun yanında? Məlum videosu ilə tanınan Natiq Ədilov və bir neçə adamdan başqa Əli Kərimlinin yanında bir kimsə qalmayıb. Əli Kərimlidən soruşmaq lazımdır ki, həbsdə olan bu adamların hansının yanına bir dəfə də olsun getmisən? Bu adamların hansının ailəsinə mənəvi və maddi dəstək olmusan? Hər kəs bu illər ərzində gördü ki, hətta Əli Kərimlinin ən yaxın adamları 7 il həbsdə yatdı və bu adam bir dəfə də olsun onun ziyarətinə getmədi. Hətta həbsxanadan çıxandan sonra evinə belə getmədi. Bax, Əli Kərimlinin əsl siması budur". Niyaməddin Orduxanlı hesab edir ki, 12 oktyabr mitinqi çox zəif keçəcək: "Düşünmürəm ki, Əli Kərimlinin keçirdiyi mitinqə ciddi dəstək verilsin"