Azərbaycan dünyanın ən rəqabət qabiliyyətli ölkələri sırasındadır
Düşünülmüş iqtisadi siyasət öz bəhrəsini verməkdədir
9 Oktyabr 2014 19:19 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd edib ki, doqquz ayın nəticələri onu göstərir ki, 2014-cü il tarixdə uğurlu il kimi qalacaq. Çünki son illər ərzində aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin edib. Əslində son illərdə Azərbaycanın əldə etdiyi nailiyyətlər və əvvəlki illərlə müqayisədə dinamik artımı təsdiq edən statistik rəqəmlər dövlət başçısının fikrlərini bir daha təsdiq edir. Doğrudan da 2014-cü il Azərbaycan üçün səmərəli il olub və etiraf edilməlidir ki, bu il yaddaşlarda ölkəmiz üçün uğurli il kimi qalacaq. Sirr deyil ki, Azərbaycan cari ildə istər xarici, istərsə də daxili siyasətdə bir sıra ciddi uğurlara imza atıb. Beynəlxalq və regional siyasətin müəyyən edilməsi, irimiqyaslı iqtisadi layihələrin həyata keçirilməsi sahəsində Azərbaycanın mövqeyi əsas amil kimi qəbul edilib. O da inkar edilməməlidir ki, Azərbaycanın belə bir mərhələyə yüksəlməsi əlbəttə ki, həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində mümkün olub. Birmənalı şəkildə qeyd etmək olar ki, son on ildə ölkədə uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində əhalinin rifah halının yüksəlməsi, layiqli həyat şəraitinin yaradılması təmin olunub. Şaxələndirilmiş iqtisadi siyasət nəticəsində regionların davamlı inkişafına, yeni istehsal müəssisələrinin açılmasına nail olunub ki, bu səbəbdən də işsizlik probleminin aradan qaldırılmasına, o cümlədən əhalinin sosial rifahının yaxşılaşdırılmasına nail olunub. Sirr deyil ki, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasi kursun mərkəzində insan amili, əhalinin sosial problemlərinin həlli, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, neft kapitalının insan kapitalına çevrilməsi kimi mühüm məsələləri dayanır. Məhz bu məqsədlə həyata keçirilən ardıcıl və düşünülmüş siyasət nəticəsində iqtisadi potensialın gücləndirilməsi, müasir sosial infrastrukturun yaradılması, minlərlə istehsal müəssisəsinin, nəhəng zavod və fabriklərin, yeni iş yerlərinin açılması, əmək haqlarının, pensiyaların, müavinətlərin ardıcıl şəkildə artırılması əhalinin sosial durumunun əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur. Təsadüfi deyil ki, Azərbaycanda aparılan islahatlar və düşünülmüş iqtisadi siyasət dünyanın ən mötəbər iqtisadi qurumları tərəfindən də yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Dövlət başçısı bəyan edib ki, Azərbaycan dünyanın ən rəqabət qabiliyyətli 40 ölkəsinin sırasındadır: " Bu, tarixi nailiyyətdir və bizə əlavə inam verir. Biz neftdən əldə edilmiş gəlirləri şəffaf saxlamaqla və ölkəmizin inkişafına, o cümlədən sosial layihələrin icrasına yönəltməklə dinamik inkişafımızı təmin edirik". O da sirr deyil ki, Azərbaycanda həyata keçirilən iqtisadi siyasət, davam etməkdə olan iqtisadi islahatlar bir sıra ölkələr üçün nümunə ola bilər. Dünyanın əksər ölkələrində davam edən iqtisadi böhrandan fərqli olaraq Azərbaycan inkişaf yolu ilə gedir və heç şübhəsiz ki, əsas naliyyətlər qarşıdadır. Belə bir məqamda əksər Avropa ölkələri böhrandan ziyansız çıxmaq məqsədilə Azərbaycan təcrübəsinə istinad edə bilərlər: "Azərbaycanda yoxsulluğun azaldılmasında əldə edilmiş təcrübə başqa ölkələr üçün örnək ola bilər. Biz neftdən əldə edilmiş gəlirləri şəffaf saxlamaq və ölkəmizin inkişafına, o cümlədən sosial layihələrin icrasına yönəltməklə dinamik inkişafımızı təmin edirik.Yüz mindən çox yeni iş yeri açılmışdır, onlardan 80 mini daimi iş yerləridir. 2004-cü ildən bu günə qədər 1 milyon 300 min yeni iş yeri açılmışdır. İşsizlik 5 faiz səviyyəsindədir. Azərbaycanda işsizliklə bağlı problemlər öz həllini tapır və burada dövlət investisiyaları, gözəl sərmayə iqlimi, biznes mühitinin yaxşılaşdırılması faktorları öz rolunu oynayır". Nəlumdur ki, Azərbaycanın iqtisadi inkişafı təkcə neft sektorundan asılı deyil. Ölkədə aparılan iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun unkişafına nail olunub. Artıq ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 55 faizi üstələyib. Bu isə imkan verir ki, ölkədə sosialyönümlü layihələrin icrası təmin olunsun: "Sosial proqramlar icra edilir, doqquz ayda maaşlar, pensiyalar, orta əmək haqqı artmışdır. Məktəblər, xəstəxanalar, olimpiya kompleksləri, mədəniyyət ocaqları, - bu sahəyə də böyük diqqət göstərilir və bizim investisiya portfelimizdə sosial layihələrə xərclənən vəsait kifayət qədər böyükdür. Bizim əsas məqsədimiz qeyri-neft sektoru hesabına gələcəkdə Azərbaycanı inkişaf etdirməkdir. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ölkəmiz qeyri-neft sektoru hesabına bundan sonra da inkişaf edəcək. Bizim əsas məqsədimiz neft amilindən asılılığımızı maksimum dərəcədə azaltmaq və qeyri-neft sektoru hesabına gələcəkdə Azərbaycanı inkişaf etdirməkdir". Sirr deyil ki, dövlət büdcəsinin gəlirlərinin artması məcburi köçkünlərin də yaşayış səviyyəsinin yaxşılaşdırılmasına da öz töhvəsini verib və bu proses davam etməkdədir: "Bu il də böyük vəsait ayrılmışdır ki, köçkünlər yeni evlərlə təmin olunsunlar. Hər il dörd min, beş min ailə - yəni, ən azı 20 min nəfər məcburi köçkün yeni evlərə köçürülür. Gələn il məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün Dövlət Neft Fondundan vəsait nəzərdə tutulur". Etiraf edilməlidir ki, iqtisadi naliyyətlərin səbələri sırasında müstəqil xarici siyasət də öz rolunu oynayır. Məhz bu siyasətin nəticəsidir ki, hazırda Azərbaycan 150-yə yaxın ölkə ilə tizarət mübadiləsi aparır, xarici ölkələrlə müstəqil şəkildə iqtisadi əlaqələrini genişləndirir. Hansı ölkəyə hansı məhsulun hansı qiymətə ixrac edilməsi barədə müstəqil qərfar qəbul edir. İqtisadi müstəqillik, güclü ordu potensialı, cəsarətli, birmənalı siyasət, milli maraqlarımızın qorunması kimi məsələlərin həllində əsas rol oynayır.
Alim Hüseynli,
Cəmilə Əhmədova