Xızı dağlarında mina tapıldı

Xızının dağlıq ərazisində döyüş sursatı aşkarlanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, mütəxəssis və xilasedicilər zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Nazirliyin mütəxəssisləri aşkarlanan sursata baxış keçirərkən onun 1 ədəd 62 millimetrlik təlim-tədris təyinatlı minaatan mərmisi olduğu müəyyən olunub. Aşkar edilən sursat aidiyyəti üzrə təhvil verilib. Mütəxəssislər tərəfindən əraziyə təkrar baxış keçirilib və digər partlayış təhlükəli əşya aşkar edilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00