Açıqlama: “İlqar Məmmədovun problemi yoxdur”

"Dünən Ombudsman Aparatının işçileri İlqar Məmmədovu ziyarət edib, vəziyyəti ilə maraqlanıblar". "Olaylar"-ın məlumatına görə, bu barədə informasiyanı "Real" Hərəkatının icraçı katibi Natiq Cəfərli verib. N.Cəfərli qeyd edib ki, ziyarətçilər İlqar Məmmədovun probleminin olmadığını diqqətə çatdırıblar. Natiq Cəfərli ziyarətə görə, aparatın əməkdaşlarına öz təşəkkürünü bildirib: "Bu gün isə İlqarın həyat yoldaşı onun yanına gedib. Karantin səbəbinə görə, görüşə icazə verməyiblər. Amma apardığı ərzağı qəbul edib İlqara çatdırıblar. Ümid edirəm ki, yaxın zamanda onu ailəsi və vəkilləri ilə görüşe biləcək". Qeyd edək ki, bir müddət əvvəl müxalifət "Real" Hərəkatının sədri İlqar Məmmədovdan xəbərin olmadığını iddia edirdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00