Millət vəkili: "Qərbin üzərinə hücum etməyə dəyməz”

"Azərbaycan beynəlxalq təşkilatlarla münasibət məsələsinə daha səbr və təmkinlə yanaşmalıdır". Bunu deyən millət vəkili Sabir Rüstəmxanlının sözlərinə görə, əməkdaşlıq etdiyimiz, yaxud yenicə əməkdaşlığa başladığımız beynəlxalq təşkilatlarla təhdid dili, çığallıq dili ilə danışmaq olmaz: "Azərbaycan Avropanın bir parçasıdır, Qərbyönümlü siyasəti davam etdirir. Bu siyasətdə bizə qarşı əngəllər ortaya çıxan kimi Qərbin üzərinə hücum etməyə dəyməz. İndi biz Qərbdən imtina edib təzədən Rusiyanın ətəyindən yapışmalıyıq siyasəti də düzgün deyil. Hesab edirəm ki, Qərbin hər hansı bəyənatını gözləmədən öz daxilimizdə insanların tələbləri nəzərə alınmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00