Seymur Baycan: “AXCP Müsavatdan da betər gündədi”

"İdeyanın ətrafında deyil, şəxsin ətrafına yığışmanın sonu belə olmalı idi". "Olaylar"-ın məlumatına görə, keçmiş müsavatçı, yazıçı Seymur Baycan Müsavat Partiyası daxilində başlamış parçalanmaya münasibət bildirərkən belə deyib. Seymur Baycan İsa Qəmbərin 20 il adamları barmağına doladığını deyir: "Heç bir məğlubiyyətinə görə, bir quru üzr də istəmədi. Nəyinə lazımdır? Heç kəs bunu ondan da gözləmirdi. Əgər şəxsiyyətə pərəstiş varsa, üzrə heç bir ehtiyac yoxdur. Müsavatçılar az qala deyələr ki, İsa Qəmbər təzədən gəlib bizə başqanlıq etməlidir. Cəbhənin mətbu orqanı "Azadlıq" qəzeti bu davanı elə bəh-bəhlə işıqlandırır ki, guya özləri başqa cürdülər". AXCP-ın Müsavatdan da betər gündə olduğunu deyən Seymur Baycan qeyd edib ki, orada şəxsiyyətə pərəstiş özünün çiçəklənmə dövrünü yaşayır. Onun sözlərinə görə, cəbhəçilər yola çıxmazdan, yemək yeməzdən əvvəl Əli Kərimlinin balaca heykəli qarşısında ibadət edirlər: "Bu heykəl onlara partiya bileti ilə bir yerdə verilir. Orada da adamlar ideya ətrafında deyil, şəxsin ətrafında yığışıblar. Eyni aqibət onları da gözləyir. Ümumiyyətlə, cəbhəçilər dünyanı Əli Kərimlisiz təsəvvür edə bilmirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00