Millət vəkili təklif edir
Bələdiyyə seçkiləri ilə bağlı qanunvericiliyə dəyişiklik edilsin
8 Oktyabr 2014 13:40 Siyasət"Bələdiyyə seçkilərilə ilə bağlı qanunvericilikdə dəyişiklik edilməsinə ehtiyac var". Bunu deyən millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, bələdiyyə seçkilərinə çoxlu sayda insanları əhatə etdiyindən geniş bir prosesə çevrilir. Məhz bu zaman namizədlərin sənədləşmə işinin sadələşdirilməsi qanunvericilikdə əksini tapmalıdır: "Nəzərə almaq lazımdır ki, bələdiyyə ilə prezidentliyə namizədin ikisi də eyni iş aparır. Bu proseslərin bir-birindən fərqlənməsi üçün qanunvericilikdə dəyişiklik edilməlidir. Bələdiyyə seçkiləri yerli xarakterli olduğuna görə, bu seçimi yerlərə verməliyik ki, bələdiyə üzvləri öz əhalisi tərəfindən seçilsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00