Hüseyn Məlik: “Mənim istefamdan Qubad İbadoğlu qarşı istifadə etdilər”

Müsavat Partiyasında yeni seçilmiş başqanla onu qəbul etməyənlərin qarşıdurması davam edir. Bir müddət öncə başqanın müşaviri postundan çıxarılmış Hüseyn Məlik də narazılara dəstəyini ifadə edib. Hüseyn Məlik facebook sosial şəbəkəsində yazıb: "Müsavat Partiyasının vııı qurultayına 35 gün qalmış  İsa Qəmbərin məni müşavirlik vəzifəsindən sərəncamla azad etməsi başqan seçkilərinə hesablanmış addım idi. Mən Qubad İbadoğlunun aktiv təbliğatçısı idim. Sərəncamdan Arif Hacılı və onun tərəfdarları başqanın mövqeyinin Qubad İbadoğlundan yana olmadığını təbliğatda istifadə etdilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00